Səudiyyə Yəmənə artilleriya hücumu etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmən xalqına qarşı hücumları davam edir.   Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Səda vilayətinin bəzi bölgələrinə artilleriya zərbələri endirib.   Sədanın əl-Raku və əl-Mufəttah bölgələrinə edilən hücumda 1 mülki vətəndaş həlak olub, 4 nəfər yaralanıb.