Səudiyyə rəsmiləri BMT-nin Yəmən üzrə nümayəndəsi ilə görüşüb

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd bin Səid Əl-i Cabir Ər-Riyadda BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Hans Qrandberq ilə görüşüb və Yəməndəki müharibənin başa çatması məsələsini müzakirə edib. Bu görüşdə hər iki tərəf Səudiyyə Ərəbistanının Yəməndə sülhün bərqərar olması, Yəmən xalqının ağrı və iztirablarını yüngülləşdirmək, bu ölkənin hökuməti və iqtisadiyyatına dəstək vermək səylərini nəzərdən keçiriblər.

Golden Horn Online saytının xəbərinə görə, Səudiyyə səfiri və BMT-nin Yəməndəki nümayəndəsi Yəməndə siyasi həllə nail olmaq və bu ölkədə təhlükəsizlik və sabitliyə dəstək vermək üçün əməkdaşlığın gücləndirilməsi yollarını da müzakirə ediblər. Məhəmməd bin Səid Əl-Cabir bazar günü Ər-Riyadda ABŞ-ın Yəmən üzrə nümayəndəsi Timoti Linderkinqlə görüşərək, Qrandberqin Yəməndə davamlı sülhə nail olmaq üçün müxtəlif tərəflərlə danışıqlar aparmaq səylərini dəstəklədiyini vurğulayıb.

Yəməndə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında həyata keçirilən atəşkəs altı ay sonra, 2022-ci il oktyabrın əvvəlində başa çatıb.