Səudiyyə Ərəbistanının vəliəhdi Camal Kaşıkçının qətlindən sonra ilk dəfə olaraq Türkiyəyə səfər edib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Türkiyədə rəsmi səfərdədir.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, o, ötən gün axşam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Ankarada rəsmi mərasimlə qarşılanıb.

Mərasimdən sonra liderlərin ikitərəfli görüşü başlayıb.

Görüşdə ikitərəfli əlaqələr, eyni zamanda, regional və beynəlxalq hadisələr müzakirə olunub.

Səfərin nəticələrinə əsasən, iki ölkə arasında ticarət və digər sazişlərin də imzalanması gözlənilir.

Qeyd edək ki, bu səfər mərhum Camal Kaşıkçının qətlindən və iki ölkə əlaqələrində yaranmış durğunluqdan sonra ilk xarici səfərdir.