Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasına hücum olub

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanı ərazisində həyata keçirdikləri geniş PUA və raket əməliyyatları haqqında məlumat verib:

“Səudiyyə Ərəbistanı ordusunun Ər-Riyad, Ciddə, Taif, Cizan, Nəcran və Əsirdəki həssas mövqeləri Yəmən qüvvələri tərəfindən hədəfə alınıb. Bu gün səhər saatlarında genişmiqyaslı əməliyyata start verilib. Əməliyyat zamanı altı “Səməd 3” PUA-sı və bir neçə “Zülfiqar” raketi Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi, Əl-Mülk Xalid hava limanı və ər-Riyaddakı bir neçə digər hərbi məntəqəni hədəfə alıb”.

O qeyd edib ki, 6 ədəd “Səməd 2” və “Səməd 3” PUA-ları Taifdəki Əl-Mülk Fəhd və Ciddədəki Aramku aviabazalarını hədəfə alıb:

“Səudiyyə Ərəbistanının Əbha, Cizan və Əsirdəki mövqeləri “Səməd 1” və “Səməd 2” PUA-ları vasitəsilə hədəfə alınıb. Səudiyyənin Əbha, Cizan və Nəcrandakı kritik mövqeləri səkkiz “Qasif 2k” PUA-sı və çoxlu sayda ballistik raketlə hədəfə alınıb. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin təcavüzü davam etdiyi təqdirdə Yəmən qüvvələri Səudiyyə ərazilərində genişmiqyaslı əməliyyatlarını dayandırmayacaq”.