Səudiyyə Ərəbistanı Yəmən paytaxtına şiddətli hava zərbələri endirib

 

Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiyanın hərbi təyyarələri Yəmənin paytaxtı Səna şəhərinə şiddətli hava zərbələri endirib.

SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı koalisiyası Səna şəhərinin Səavan bölgəsinə şiddətli hava zərbələri endirib. Bu hava zərbələri nəticəsində dağıntıların olduğu bildirilir.

Ötən gün isə Mərib və Səda əyalətlərinə ümumilikdə 40-dan çox hava zərəsi endirilib. Səudiyyə Ərəbistanı tərəfi bu hava zərbələrində qarşı tərəfdən onlarla canlı qüvvənin öldüyünü bildirir. Səda əyalətində yerli mənbələr bildirir ki, endirilən hava zərbələrində iki mülki şəxs həyatını itirib, beş nəfər yaralanıb.

Qeyd edək ki, qeyri rəsmi mənbələr husilərin cari həftənin çərşənbə axşamı günü Cazan əyalətinə raket və PUA hücumunda 13 səudiyyəli hərbçinin öldüyünü yazıblar.

Hazırda Yəməndə ən şiddətli döyüşlər Məribdə gedir. Ölkədə 2014-cü ildə başlayan qarşıdurma, 2015-ci ilin martında Səudiyyə Ərəbistanın hərbi müdaxiləsindən sonra daha da şiddətlənib. Səudiyyə Ərəbistanı bu ölkədə legitimliyi dəstəkləmək adı ilə hərbi müdaxiləyə başladığını iddia edir.