Səudiyyə Ərəbistanı Yəmən neftini talamaqda davam edir

Operativ.tv Rasthaber-ə istinadən məlumatına görə, xəbər mənbələri bildiriblər ki, bir gəmi neft oğurlamaq üçün Səudiyyə Ərəbistanının Ras əl-Tenura limanından yola düşüb və Yəmənin Şəbva limanına yaxınlaşıb.
Əl-Məsirə xəbər agentliyinin məlumatına görə, ISABELLA adlı bu Səudiyyə gəmisi bir milyon barelə bərabər olan təxminən 100 min ton Yəmən xam nefti ilə yüklənəcək. Oğurlanan bu neftin dəyərinin 114 milyon dollar olduğu bildirilir.
Üç gün əvvəl Yəmən mediası Səudiyyə Ərəbistanı və BƏƏ-nin BMT-nin atəşkəsdən sui-istifadə edərək Yəməndən neft və qaz oğurlamağa davam etdiyini və bu yaxınlarda BƏƏ gəmisinin 400 min barel Yəmən neftini oğurladığını bildirmişdi.
İki həftə əvvəl nəhəng gəmi təxminən 270 milyon dollar dəyərində 2 milyon bareldən çox xam nefti taladıqdan sonra iyunun 11-də Yəmənin Hadramut əyalətindəki Əl-Şahar limanını tərk etmişdi. Bu neft dünya neft qiymətinə görə 162 milyard Yəmən rialı dəyərində idi.