Səudiyyə Ərəbistanı neftinin qiymətini qaldırıb

Səudiyyə Ərəbistanı öz neftinin Asiya alıcılarına rəsmi satış qiymətini rekord səviyyəyə qaldırıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, çərşənbə günü məsələ ilə tanış olan mənbələr bildiriblər ki, “Aramco” şirkəti Şimali Asiyadakı ən azı dörd alıcıya sentyabr ayında müqavilədə nəzərdə tutulan xam neftin tam həcmdə tədarük edəcəyi barədə məlumat verib.

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı Asiyadan olan alıcılara rəsmi satış qiymətlərini rekord səviyyəyə qaldırıb.

Neft İxrac Edən Ölkələr Təşkilatı və onun OPEC+ qrupundakı müttəfiqləri həmçinin sentyabr ayından neft hasilatını artırmaq qərarına gəliblər, baxmayaraq ki, bu artım sutkada cəmi 100 min barel təşkil edir.