Səudiyyə Ərəbistanı ilk dəfə Qış Olimpiya Oyunlarına qatılır

Səudiyyə Ərəbistanı idmançıları tarixdə ilk dəfə Qış Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Trend-in məlumatına görə, bu barədə ölkə Milli Olimpiya Komitəsinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, dağ xizəkçiləri Salman əl-Hüvayş və Faik Abedi Pekin Olimpiadasında iştirak hüququ qazanıblar.

Reqlamentə əsasən, Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsi ölkəni təmsil etmək üçün bir idmançını seçməlidir.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində keçiriləcək.