Səudiyyə Ərəbistanı icazəsiz həcc mərasiminə qatılanları ağır cərimə edəcək

Səudiyyə Ərəbistanı icazəsiz olaraq həcc mərasiminə qatılanların hər birini 2,665 dollar cərimə edəcək.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyi bəyanat verib.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi icazəsiz Həcc ziyarətinə cəhdə görə cəzanın 10.000 riala (2.665 ABŞ dolları) qədər olduğunu elan edərək, ziyarət mövsümünün təşkilini təmin etməyə və qanun pozuntuların qarşısını almağa hazır olduğunu açıqlayıb.

Nazirlik əlavə edib ki, “həcc ziyarətinə icazəsi olmayan şəxslərin daşınmasına görə cəza, hər bir qanunu pozan şəxs üçün 50 min riala (13,3 min dollar) qədər, əlavə olaraq altı ay azadlıqdan məhrum edilmə ilə cəzalandırılacaq.”

Daxili İşlər Nazirliyi qeyd edib ki, “qeyri-qanuni zəvvarların daşınması ilə məşğul olan əcnəbi şəxs müəyyən edilmiş şəkildə cəzalandırıldıqdan sonra krallıqdan deportasiya olunacaq və qanun pozuntusunda istifadə edilən avtomobil müsadirə olunacaq”.