Səudiyyə Ərəbistanı dünya ictimaiyyətini İsrailə təzyiq göstərməyə çağırıb

“Siz BMT Təhlükəsizlik Şurası İsraili, işğal edilən ərəb ərazilərindən çıxmağa vadar etməlisiz.”

SalamNews xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın BMT-dəki daimi nümayəndəsi Abdullah Yəhya əl-Müəllimi deyib.

O bildirib ki, başda BMT Təhlükəsizlik Şurası olmaqla dünya ictimaiyyəti öz siyasi və əxlaqi öhdəliyinə əməl etməli, İsraili işğala son qoymağa vadar etməlidir.

“İsrail hakimiyyəti təkcə Fələstin xalqının inkişaf hüquqlarını deyil, həm də ümid və istəklərini özündə cəmləşdirən müstəqil, tam hüquqlu bir dövlət qurma haqqını da əlindən aldı”, deyə Səudiyyə rəsmisi İsrailin təkcə Fələstini deyil, Suriyanın Colan Yüksəkliklərini də işğalda saxladığını qeyd edib.