Səudiyyə lideri İranla müharibənin vaxtını açıqladı

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman iki həftəlik ABŞ səfəri zamanı İrana qarşı təzyiqlərin artırılmasını tələb edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, şahzadə beynəlxalq ictimaiyyətin İrana daha çox təzyiq və sanksiya tətbiq etməsinin vacibliyini vurğulayıb.

Məhəmməd bin Salman deyib ki, İranla hərbi qarşıdurmadan qaçmaq üçün bir sıra addımlar atılmalıdır: “Bunu bacara bilməsək, 10-15 il içində İranla müharibə edəcəyik”.