Səudiyyə koalisiyası Yəməndə atəşkəsi pozmaqda davam edir

Operativ.tv Rasthaber-ə istinadə xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri son 24 saat ərzində Yəməndə atəşkəs rejimini 130 dəfə pozub.
Koalisiya qüvvələrinin döyüş təyyarələri və artilleriya bölmələri son 24 saat ərzində Yəmənin Əl-Bayda, Sada və Dali əyalətlərini hədəfə alıb.