Sudanda hәrbi idarәçiliyә qarşı etiraz aksiyaları davam edir

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Sudanın paytaxtı Xartum və digər şəhərlərdə hərbi idarəçiliyin əleyhdarları bir neçə həftəlik fasilədən sonra yenidәn etiraz aksiyaları keçirmәyә başladı.

Xartum, Umdurman, Bahri, Mədəni və ölkәnin qәrbindәki Niyalada minlərlə insan Müqavimәt Komitәlәrinin çağırışı ilә küçәlәrә axışıb.

Təhlükəsizlik qüvvələri isə nümayişçilərin ətrafdakı şəhərlərdən və qəsəbələrdən paytaxt Xartuma və kritik nöqtələrə doğru irəliləməsinin qarşısını almaq üçün Prezident İqamәtgahına və ordunun baş qərargahına gedən yolları nәqliyyatın hәrәkәti üçün bağlayıb.

Xartumda hәrbi idarәçilik әleyhinә  şüarlar səsləndirən nümayişçilәr yolları bağlayıb.

Polis bəzi bölgələrdə nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz bombalarından istifadə edib.

Qeyd edәk ki, oktyabrın 25-dә rәhbәrliyi nәzarәtinә keçirәn ordu fövqәladә vәziyyәt elan etdi vә Baş nazir daxil olmaqla onlarla siyasәtçini saxladı.