Stolüstü tennis komandamız V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazandı

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, kişilərdən ibarət stolüstü tennis üzrə komandamız V Islam Həmrəyliyi Oyunlarında növbəti qələbəyə imza atıb.

Məlumata əsasən, Türkiyənin Konya şəhərində keçirilən yarışda qrup mərhələsinin II turunda Uqanda komandası ilə üz-üzə gələn yığmamız rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Stolüstü tennisçilərimiz bu gün keçiriləcək son turda Türkiyə komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, İslamiadada Azərbaycan komandasının üzvləri Anna Skidan qızıl, Aleksis Kopelyo (hər ikisi yüngül atletika), Alyona Kolesnik (qadın güləşi, 59 kq) gümüş və Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medal əldə ediblər.