“Sərhədsiz Reportyorlar” baş redaktorla bağlı məhkəmə qərarını pisləyir

“Bu, artıq təzyiq altında olan jurnalistin təqibinin növbəti nümunəsidir”

“Sərhədsiz Reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı “Criminal.az” saytının baş redaktoru Anar Məmmədov barəsində Ağdam Rayon Məhkəməsinin çıxardığı qərarı pisləyib. “Bu, artıq təzyiq altında olan jurnalistin təqibinin növbəti nümunəsidir”, deyə təşkilatın “Twitter”-dəki hesabında bildirilir.

A.Məmmədova qarşı iddia qaldıran sahibkar Məlahət Qurbanova onun CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edib.

Məhkəmə 147.1-ci maddə üzrə jurnalistə bəraət verib, 148-ci maddə üzrə isə 1 il islah işlərinə məhkum edib. Bir il ərzində onun əmək haqqından 20% dövlətin xeyrinə kəsiləcək.