Sərhəddə yeni atışma, erməni tə varəftə ölən və yaralananlar var

Turan: Noyabrın 22-də axşam saatlarında Ermənistan-Azərbaycan sərhədində növbəti atışma olub, ölən və yaralananlar var. Bu barədə bazar ertəsi axşam Ermənistan KİV-i məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, saat 18:10-da Geqarkunik və Kəlbəcər sərhəddində atışma olub. Nəticədə bir erməni əsgəri həlak olub, bir neçə nəfər yaralanıb. Atışma saat 19:30-da bitib.

Erməni tərəfinin məlumatına görə, atışma Norabak kəndi ərazisində baş verib.

Azərbaycan Müdafiə Nazirliyi hələlik atışma faktını təsdiqləməyib.