Sərdar Babayev barəsində həps qəti imkan tədbiri seçilib

Bir neçə gün öncə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Sərdar Babayev barəsində CM-nin 274-cü (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə 4 ay həbs qəti imkan tədbiri seçilib. Bu barədə vəkil Cavad Cavadov özünün facebook səhifəsində məlumat verib.