Şoyqu: Suriyada terrorçular yayılmağa başlayıblar

"Suriyadakı hadisələr orada Türkiyə hərbi əməliyyatının başlamasından sonra arzuolunmaz bir dönüş etdi. Rusiya, Türkiyə və ABŞ-ın bölgədəki təhlükəsizliyi artırması lazımdır".

 

FaktXəbər-in TASS-a istinadən məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

 

"Həqiqətən ümid edirik ki, indi atılan addımlar - həm türk, həm də amerikalı həmkarlarımızla qarşılıqlı fəaliyyətimiz, bu bölgədəki təhlükəsizlik və sabitliyin səviyyəsini azaltmağa deyil, yüksəltməyə imkan verəcək. Son günlər baş verən hadisələr, təəssüf ki, bizi nikbin olmayan düşüncələrə yönəldir", - deyə Şoyqu bildirib.

 

O əlavə edib: "Düşərgələrin və onlarla ölkədən gələn terrorçuların saxlanıldığı yerlərin bir hissəsi artıq mühafizə olunmur və terrorçular yayılmağa başlayıblar. Artıq heç kəs onların hara gedəcəklərini bilmir. Ancaq bugünkü qısa, taktiki əməkdaşlıq mərhələsində, fikrimizcə, bu, dərhal həll edilməli olan bir problemdir. Yalnız Rusiya-Türkiyə-ABŞ səviyyəsində deyil."