Son günlər mediada diqqətdə olan "FHN"dəki video müsəlman bir cəmiyyət üçün çox utancverici bir durumdur

Dövlət müəssisəsində xidməti kabinetdə bu hadisənin qeydə alınması xüsusilə acınacaqlıdır. 
Dövlət idarəsinin inzibati binasında belə əxlaqsız hərəkətlər arxayınlıqdan xəbər verir.  Görünür bu tərbiyəsiz hərəkətləri edənlər həm verdikləri rüşvətə həm də ki day-daylarına arxalanıb belə cəsarətli olublar. Əks halda belə nalayiq hərəkətlərə yol verməzdilər. 
Ölkəmizdə xüsusən dövlət müəssisələrində rüşvət və qohumbazlıq faktoru yığışdırılmayana qədər bu vəya digər formada sürprizlərlə rastlaşmağımız qaçılmaz olacaqdır.

Vüsal Nadiroğlu