SON DƏQİQƏ: Amerikalı hərbçilər Donbasda

Rusiya və Ukrayna arasında Donbasda gərginliyin artdığı bir vaxtda ABŞ bölgəyə hərbçi göndərib.

Msuavat.com Kanal.az-a istinadən xəbər verir ki, amerikalı və ukraynalı hərbçilər bölgədə birgə müşahidələr aparıb. Məlumata görə, Donbasa gələn hərbçilər arasında, mütəxəssislər və rütbəli hərbçilərin olması diqqət çəkib. Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib

Qeyd edək ki, ABŞ, Rusiya ordusunun Ukraynaya hücum edə biləcəyi barədə xəbərdarlıq etmişdi. Amerikalı hərbçilərin Donbasa bu xəbərdarlıqdan sonra gəlməsi diqqət çəkib.