Son 13 gün ərzində postlardan keçmək istəyən avtomobillərin sayı açıqlandı

Son 13 gün ərzində 16 256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 19.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək 8 685 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 02.04.2020-ci il 08:00-dək isə 6 380 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Ümumilikdə bu günədək 16 256 nəqliyyat vasitəsilə postlardan keçmək cəhdinin qarşısı alınıb.