Somalidə fövqəladə vəziyyət elan olundu

Somali hökuməti təsirini artıran quraqlıq üzündən ölkədə Fövqəladə Vəziyyət elan edib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Somalinin Baş naziri Məhəmməd Hüseyn Roble Nazirlər Kabineti iclasından sonrası verdiyi məlumatda bildirib: “Somali xalqının ehtiyac duyanlarına yardım edilməsi üçün birlik olmağa çağırıram.   Ölkədə çətin vəziyyətlə əlaqədar Fövqəladə Vəziyyət elan etdik. Beynəlxalq ictimaiyyətdən yardım istəyirik”.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2020-ci ilin sonlarından bu yana mövsüm yağışları üçüncü dəfə kifayət qədər yağmayıb. Nəticədə Somalidə milyonlarla adamın təcili köməyə ehtiyac yaranıb.

Qeyd edək ki, Somalidə 1990-cı ildən bəri iqlim dəyişikliyi ilə əlaqədar sel və quraqlıq kimi 30-dan çox fəlakət yaşanıb.