Somalidə 6 ayda 200 uşaq aclıqdan ölüb

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, BMT-nin Humanitar Koordinasiya Ofisinin (UNOCHA) bəyanatında, Somalinin 2017-ci ildən bəri ilk dəfə "fəlakətli qida təhlükəsizliyi"nin şahidi olduğu bildirilib.
Afrika Buynuzu bölgəsindəki quraqlıq şəraitinin ölkənin səkkiz bölgəsində ardıcıl dördüncü yağış mövsümündən sonra daha da pisləşdiyinə diqqət çəkən açıqlamada, "(Bu vəziyyət) 7 milyondan çox insana təsir etdi və 805 mindən çox insanı didərgin saldı" deyilib.
Açıqlamada, BMT-nin Somalidə quraqlıqla mübarizə çərçivəsində Quraqlığa Müdaxilə və Qıtlığın qarşısının alınması Planına başladığı, planın həyata keçirilməsi üçün 993,3 milyon dollara ehtiyac olduğu və 6,4 milyon insanın hədəf alındığı qeyd edilib.
Somali hökuməti artan quraqlıq səbəbindən 23 noyabr 2021-ci ildə ümummilli "fövqəladə vəziyyət" elan edib.