SOCAR-a yeni vitse-prezident təyin edilib

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin edilib.
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, "Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.
 
"Bu böyük etimada görə, möhtərəm Prezidentimizə Birliyimizin kollektivi adından dərin minnətdarlığımızı bildirir, Daşqın İskəndərova yeni vəzifəsində daha böyük uğurlar arzulayırıq”,-  "Azneft”dən bildiriblər. 
 
Təyinata qədər neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsində Rəhman Qurbanov çalışıb.