Şəmkir sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırıb

Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub.

Operativ.tv APA-nın yerli bürosuna istinadən xəbərinə görə, Şəmkir rayonunun Yeni Həyat kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.

Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.

İlham Həsənovun intihar cəhdinin səbəbləri araşdırılır.