“Şlyapa Zahid” həbs edildi

Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinin sabiq əməkdaşı Zahid Niftəliyev həbs olunub.  

Hərbi Prokurorluğun İstintaq İdarəsindən "Qafqazinfo"ya daxil olan məlumata görə, o, mənimsəmə və dələduzluqda ittiham olunur. Z.Niftəliyev Cinayət Məcəlləsinin 178.2.1 , 178.2.2 , 178.2.3, 178.2.4, 32.4 312.2-cü maddələri ilə təqsirli bilinir. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Z.Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunurdu. O, “şlyapa” ləqəbi ilə də tanınıb.