Skripalın qızının səs yazısı təqdim edildi

Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin eks-polkovniki Sergey Skripalın qardaşı qızı Viktoriya Skripal “Rossiya 1” telekanalına səs yazısı təqdim edib. Modern.az “Rossiya1” telekanalına istinadən xəbər verir ki, Viktoriya Skripalın iddiasına görə həmin səs yazısı onunla eks-polkovnikin qızı zərərçəkmiş Yuliya Skripal arasındakı telefon danışığıdır.

Səs yazısı “60 minut” verlişində səsləndirilib. Aparıcıların sözlərinə görə yazının düzgünlüyü hələki təsdiq olunmayıb.

Yazıda Viktoriya Skripal özünü Yuliya Skripal kimi təqdim edən bir xanımla danışır. Viktoriya viza alan kimi 1-ci gün Londona gələcəyini bildirir, qarşıdakı xanımsa heç kimin viza verməyəcəyini qeyd edir. Həmin xanımın sözlərinə görə Sergey Skripalın vəziyyəti normaldır və heç birində ciddi xətalar qeydiyyata alınmayıb.

“Məni tezliklə xəstəxanadan buraxırlar”- deyə Yuliya Skripal bildirib.