Siyasi məhbuslar üzrə məruzəçinin Azərbaycana səfəri təxirə salınıb

Siyasi məhbuslar üzrə məruzəçinin Azərbaycana səfəri təxirə salınıb

Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna bu həftə Azərbaycana gələ bilməyəcək. 
 
Ölkə hakimiyyəti bayramla əlaqədar səfəri "əlverişsiz" hesab edib.
 
İyunun 4-də Torhildur Sunna öz Twitter hesabında bununla bağlı xəbər yayıb. O,səfərin tərixə düşməsinə görə məyusluğunu bildirib.
 
"Hakimiyyət və vətəndaş cəmiyyəti ilə siyasi məhbuslar məsələsinin müzakirəsi üçün Azərbaycana səfərimin təxirə salınmasından məyus oldum. Hakimiyyət bayramla əlaqədar həmin günlərin əlverişsiz olduğunu bildirdi. Sentyabrı gözləyəcəyik".

Facebook