Şirin Əbu Aqilənin həmkarı onun şəhadət anından danışır

Şirin Əbu Aqilənin şəhadəti zamanı onun yanında olan “Şaza Hənayişə” Əl-Cəzirə müxbirinin şəhadət günü ilə bağlı təfərrüatları nəql edib.
Operativ.tv Fars Xəbər Agentliyinə istinadən verdiyi məlumatına görə, Şirin Əbu Aqilə İsrail əsgərləri tərəfindən şəhid edilən zaman Şaza Hənayişə də onun yanında olub. O, “Olt Ra Plestein” və “Middle East I” iki xəbər jurnalının müxbiridir. Şaza Hənayişə Press TV-yə müsahibəsində Şirinin şəhid olduğu günlə bağlı təfərrüatları danışıb.
Hadisəni həyatının "ən çətin təcrübəsi" olaraq xarakterizə edən Şaza Hənayişə, "Heyran olduğumuz birini itirdik. Bizim üçün müəllim kimi olan birisi idi. Bizim nümunə kimi baxdığımız birisi. Onun ölümünü qəbul etmək çətindir.”
O, sözünə belə davam edib: “İndi mən sizinlə danışıram, onun ölümündən bir həftədən çox vaxt keçir. Amma hələ ki, həzm edə bilməmişəm. Mən hələ də başa düşə bilmirəm ki, nə baş verib, Şirini niyə öldürüblər, niyə bizi öldürməyə çalışıblar.”
Hənayişə bildirib ki, o, hələ də Şirinin ölümünü əks etdirən videolara baxmağa cəsarət etmir: Sadəcə Şirini düşünürdüm, ona toxunmaq istəyirdim ki, hələ də sağ qalıbmı? Ona necə kömək edəcəyimi düşünürdüm. Onu necə qorumaq və güllələrin ona dəyməsinin qarşısını necə almaq olar?
“Mən Şirini kimin vurduğunu və qalanlarımızı öldürməyə cəhd etdiyini bilirəm. Onlar İsrail qüvvələri idi, başqa heç kim deyildi. Şəxsləri çaşdırmaqdan ümumiyyətlə söhbət gedə bilməz. Onlar qəsdən bizi öldürməyə cəhd etdilər, çünki həmkarım Əli (Əs-Samudi) güllələnən zaman Şirin də hədəfə alınana və yerə yıxılana qədər atışma davam etdi.
Şirini öldürdülər, bizi də öldürmək istədilər, çünki bizi (jurnalistləri) qorxutmaq istəyirlər ki, işimizi dayandıraq, onların cinayətlərini ifşa etməyək”.