Sionistlər Qüdsdə Peyğəmbərin (s) mövlud bayramına hücum edib

Giperssilka “ABNA”ya istinadən xəbər verir ki, işğalçı rejim ordusu işğal olunmuş Qüdsün mərkəzindəki Babəl-Əmud bölgəsində Məhəmməd Peyğəmbərin (s) mövlud bayramı tədbirinə hücum ediblər.

“Fələstin Xəbər” kanalının məlumatına görə, Babəl-Əmuda endirilən hava zərbələri nəticəsində ən azı 130 fələstinli yaralanıb. Onlar əsasən səs bombaları və gözyaşardıcı qazdan istifadə ediblər.

Xatırladaq ki,  bazar ertəsi günü də İsrail rejimi qüvvələri, Həzrət Peyğəmbərin (s) mövludu münasibəti ilə Babəl-Əmuda toplaşan 49 fələstinli gənci yaralamışdılar. Onlar, həmçinin üç jurnalisti və bir fotoqrafı da həbs etmişdilər.