Sionistlər işğal olunmuş Qüdsə hücum edib

Giperssilka "MEHR"-ə istinadən xəbər verir ki, Sionistlərin Fələstin vətəndaşlarına qarşı düşmənçilik hərəkətləri işğal olunmuş ərazilərin müxtəlif yerlərində davam edir. Sionistlər bu gün səhər saatlarında işğal altındakı "Qüdsə" hücum ediblər.

Məlumata görə, sionist qüvvələrin işğal olunmuş Qüdsə növbəti vəhşicəsinə hücumundan sonra, sionistlərlə Fələstin vətəndaşları arasında şiddətli toqquşmalar baş verib. Qarşıdurmanın ardından 7 fələstinli, heç bir ittiham irəli sürülmədən həbs edilib.