Sionistlər Hizbullahın PUA əməliyyatı üçün toplaşıblar

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, sionist təhlükəsizlik rəsmilərinin Livan Hizbullah Hərəkatının Kariş enerji sahəsində pilotsuz uçuş aparatlarının (PUA) dəstəyi ilə təşkil etdiyi əməliyyatı müzakirə etmək üçün toplaşdıqları bildirilib.
İsrailin Kanal 13 televiziyasının məlumatına görə, təhlükəsizlik rəsmiləri Livan Hizbullah Hərəkatının həyata keçirdiyi son dron əməliyyatını müzakirə etmək üçün toplaşıb.
Energetika naziri Karine Elharrarın sədrliyi ilə keçirilən iclasın gizli keçirildiyi bildirilib.
Sözügedən telekanalın iddiasına görə, Hizbullahın pilotsuz uçuş aparatları təkcə İsraili deyil, dünyanı da təhdid edir.
Son günlərdə sionist rejim qüvvələri Livan sərhədi yaxınlığındakı Kariş müstəsna iqtisadi zonasına göndərilən 3 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu iddia edib.
Mövzu ilə bağlı Hizbullah Hərəkatından verilən yazılı açıqlamada, “Kəşfiyyat və müşahidə missiyalarını yerinə yetirmək üçün Kariş enerji sahəsində mübahisəli bölgəyə müxtəlif ölçülərdə 3 pilotsuz uçuş aparatı PUA göndərdik” ifadələrindən istifadə olunurdu.
Bəyanatda “İstədiyimiz mesaj (sionistlərə) də çatıb. Qələbə ancaq Uca Allaha təvəkkül etməklə mümkündür” deyilib.