Sionist rejim Almaniyadan kömək istəyir

İsrail rejimi Almaniyadan İslami Müqavimət Hərəkatı HƏMAS ilə məhbus mübadiləsi sazişi üzrə danışıqlara kömək etməsini istəyib.

Bu tələb Berlində Almaniya kansleri Olaf Şuls ilə Knessetin (parlamentin) rəhbəri Mikki Levi ilə görüşü zamanı səslənib. Almaniya kansleri Olaf Şuls ilə görüşən Levi, rejiminin parlamentindən verdiyi yazılı açıqlamada, "Alman vasitəçilərinin əsir mübadiləsi prosesində əvvəlki uğurlarını nəzərə alaraq sizdən əlavə kömək istəyirik" deyib. Almaniya kansleri bu məsələdə ölkənin İsrail rejiminə kömək edə biləcəyinə ümid etdiyini bildirib.