Sionist kəşfiyyatı: Hizbullahın raket gücü çox yüksəkdir

İsrail ordusunun mühüm kəşfiyyat rəsmisi Livan Hizbullah hərəkatının çox yüksək döyüş təcrübəsi və raket gücünə malik olduğunu etiraf edib. Təhlükəsizliyə görə adı açıqlanmayan İsrail kəşfiyyat zabiti Hizbullahın böyük raket qüdrətindən bəhs edildiyi zaman bu rəqəmin 140 min olduğunu bildirib.

“Livan Hizbullah hərəkatı sərhədlərə İsrail ordusunun cəbhə xəttini və 10 kilometr radiusda yerləşən kəndləri hədəfə ala biləcək 100 min minaatan mərmisi yerləşdirib və bu həcmdə atəş İsrailin Cənub cəbhəsində gözləmədiyi bir atəş gücüdür.” İsrail Hizbullah hərəkatının son on ildə Əl Cəlilə hücum etməyi planlaşdırdığını qeyd edərək, minlərlə silahlı qüvvələrini bölgəyə yerləşdirib və əlavə edərək: “Livan Hizbullah hərəkatı yeni quru hücumları planlaşdırır və İsrail ordusunun gündəlik fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatlarının toplanması onun "İlkin qazanclar" strategiyasının bir hissəsidir.” deyə mənbə bildirib.

Sionist rejimin Valla internet saytı da mövzu ilə bağlı hesabatında Hizbullah hərəkatının müxtəlif kateqoriyalı 150 min raketə malik olduğunu və yeni müharibənin baş verəcəyi təqdirdə işğal altındakı Fələstinə qarşı gündə üç min raketin atılacağını bildirib. Sayt əlavə edib ki, İsrail ordusu həmçinin Hizbullah hərəkatı ilə gələcəkdə mümkün müharibədə gündə 1000-3000 raketlə qarşılaşmalı olacaqlarını təxmin edir.