Sionist döyüşçülər Rusiyaya hücum edirlər

Giperssilka “MEHR”ə istinadən xəbər verir ki, Rusiya Sülh Mərkəzinin direktor müavini Vadim Kolit İordaniya-İraq sərhədindəki Əl-Tənf bölgəsi yaxınlığında başlayan hava hücumlarının İsrailin dörd “F-16” döyüş təyyarəsi tərəfindən həyata keçirildiyini bildirib.

Lakin Kolitin sözlərinə görə, Suriya ordusu müdafiə vasitələrindən istifadə etməmək qərarına gəlib. Çünki İsrailin hava zərbələri endirdiyi vaxt əraziyə yaxın iki sərnişin təyyarəsi olub.

Məlumata görə, sionist döyüşçülər bu yeni taktikadan istifadə edərək hava hücumundan müdafiə sistemlərindən yan keçərək Rusiyaya hücum edirlər.