Şiənin Mərcəiyyət konsepsiyası birbaşa əqidə əsaslarına bağlıdır

Şiə əqidə əsaslarına görə hər bir dövrdə mütləq bir ilahi höccət zəruridir. Bu Peyğəmbər(s,ə) vəya İmam(ə) ola bilər.
Hazırki dövrümüzdə də yer kürəsində ilahi nümayəndə İmam Mehdi(ə)-dır. Fəqət o böyük qeybət dövründə olduğundan onun missiyasının bir qismini ictihada çatmış alimlər yəni "Müctəhid"lər icra etməkdədir.
Müasir dünyamızda da bir çox ölkələrdə " Şiə əqaidi üzrə İctihad" üçün köklü mədrəsə yaxud hövzə olmadığından yer kürəsindəki Şiə əqidəli müsəlmanlar İraq Respublikası və İran İslam Respublikasında fəaliyyət göstərən ali dini mədrəsələrin "Müctəhid"lərinə müraciət etməkdədirlər.
Yəni bu məsələnin coğrafi məkanı müzakirə predmeti deyil və ola da bilməz.
Əgər bu ali dini mədrəsələr digər hərhansı ölkələrdə olsaydı dünyanın müxtəlif millətlərinə məxsus şiə əqidəli müsəlmanlar həmin ölkələrdəki "Müctəhidlərə" müraciət edəcəklərdi.
Bu məsələni milliyətçiliyə bağlamaq böyük bir savadsızlıqdır. Çünki Qurani Kərimdə Uca Rəbbimiz- Aləmlərin Rəbbi olan Allah milliyətçiliyi rədd edərək Ümmətçiliyi təqdir etmişdir.