Şimali Makedoniya NATO-ya qoşulur

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Makedoniyanın Şimali Atlantika Alyansına (NATO) qoşulmasından danışıb. 

 

Operativ.tv-nin məlumatına görə, bu barədə o, öz tvitter səhifəsində yazıb.

 

O bildirib ki, ABŞ ölkənin NATO-ya daxil olması ilə bağlı protokolun təsdiqlənməsi prosedurunu başa çatdırıb.

 

"Şimali Makedoniyanın NATO-ya daxil olmasına dair protokolun Birləşmiş Ştatlar tərəfindən ratifikasiya olunduğunu elan etməyə şadam", - deyə Pompeo yazıb.