Şimali Koreya yeni ballistik raketini sınaqdan keçirib

Rasthaber-ə istinadən Operativ.tv xəbər verir ki, Şimali Koreya yeni ballistik raketi sınaqdan keçirib.
Cənubi Koreya Ordusu açıqlamasında Şimali Koreyanın yeni ballistik raket atdığını bildirib.
Şimali Koreya lideri aprelin 25-də Pxenyanda keçirilən parad zamanı verdiyi açıqlamada, lazım gələrsə və “önləyici zərbə” üçün nüvə silahından istifadə edə biləcəklərini bildirib.
Bu arada BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın son ballistik raket sınaqlarını müzakirə etmək üçün toplaşıb.
ABŞ səfiri Linda Tomas Qrinfild Şimali Koreyanın mayın 4 və 7-də keçirdiyi ballistik raket sınaqlarını pisləyib və bildirib ki, bu sınaqlar açıq şəkildə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur.
Şimali Koreyanın təkcə bu il 17 ballistik raket sınağı həyata keçirdiyini bildirən Tomas Qrinfild, Pxenyanın 7-ci nüvə sınağına hazırlıq məqsədilə nüvə sınaq sahəsini yenidən qurmağa başladığını bildirib.