Şimali Koreya ABŞ-ı Asiya NATO-sunu yaratmaq cəhdində ittiham edir

Şimali Koreyanın Xarici İşlər Nazirliyi ABŞ-ı Asiyada NATO kimi hərbi ittifaq yaratmağa çalışmaqda ittiham edib.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ-ı Asiyada NATO kimi hərbi ittifaq yaratmağa çalışmaqda ittiham edib.
"ABŞ Cənubi Koreya və Yaponiya ilə eyni vaxtda hərbi təlimlər keçirərkən Asiya NATO-sunun yaradılmasına tam qərarlıdır" – deyə nazirliyin bəyanatında deyilir.
Bəyanatda ABŞ-ın Yaponiya və Cənubi Koreya ilə keçirdiyi son hərbi təlimlərə istinad edilib. Bundan əlavə, amerikalılar bu yaxınlarda Cənubi Koreya ilə təlimdə dörd ildə ilk dəfə öz təyyarədaşıyan gəmisindən istifadə ediblər.
“Bu hərəkətlər ABŞ-ın “diplomatik məşğulluq” və “şərtsiz dialoq” ritorikasındakı ikiüzlülüyünü, həmçinin ABŞ-ın bizim rejimimizi güc yolu ilə devirmək istəyində olduğunu göstərir” – deyə Şimali Koreya Xarici İşlər Nazirliyi bildirib.
“Bu fakt bizə hiss etdirir ki, biz Birləşmiş Ştatların istənilən düşmən hərəkətini cilovlamaq üçün gücümüzü daha da inkişaf etdirmək üçün hər cür səy göstərməliyik” – deyə nazirliyin bəyanatında deyilir.
Bu barədə Cənubi Koreya prezidenti Yoon Sook-yul NATO sammitində iştirak etmək üçün bu gün günorta (bazar ertəsi) Madridə səfər edərkən bildirib. Hökumət NATO-nun Brüsseldəki mənzil-qərargahında nümayəndəlik yaratmaq qərarına gəlib.
Ölkəsinin yeni nüvə sınağı ilə bağlı narahatlıqlar fonunda Şimali Koreya lideri Kim Çen In yüksək səviyyəli hərbi rəsmilərlə üç günlük mühüm görüşün sonunda ölkəsinin müdafiə qabiliyyətinin gücləndirilməsi barədə göstəriş verib.
Ötən ay Sinqapurda təhlükəsizlik konfransında çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ-ın “Asiya NATO-su” axtarmadığını deyib.