Şimal Buzlu okeanında nadir canlı qeydə alınıb-VİDEO

Şimal Buzlu okeanında nadir canlı qeydə alınıb-VİDEO

Norveçdən olan elm adamları, Şimal Buzlu Okeanında içərisində on kalamar yumurtası olan nadir bir maye torbası aşkarlayıb. Bu barədə Daily Mail xəbər verib.

 

Jelatin topu okeanın vəziyyətini araşdıran tədqiqat ekspedisiyasının bir qrup alimi tərəfindən tapıldı. Dərc edilmiş kadrlarda dalğıc fənəri parıldayan nəhəng "köpüyün" üzərinə tutur.

 

Nəhəng jeleyəbənzər kütlə içərisindəki kalamar yumurtalarını qoruyur. Belə bir fenomenin nadir olduğu qeyd olunur. Elm adamları indiyə kimi cəmi bir neçə dəfə jelatin kütləsində belə çoxlu yumurta tapıblar.

Facebook