Şiələr namazın salamından sonra Xanəl-Əmin (Cəbrayıl xəyanət etdi) deyirlərmi? (3-cü hissə)

 

Şeytan ayələri Səhih Buxaridə

روى البخاري بإسناده عن ابن عباس أَنَّ النَّبِيَّ صلى الله عليه وسلم سَجَدَ بِالنَّجْمِ وَسَجَدَ مَعَهُ الْمُسْلِمُونَ وَالْمُشْرِكُونَ وَالْجِنُّ وَالإِنْسُ. وَرَوَاهُ ابْنُ طَهْمَانَ عَنْ أَيُّوبَ. 

Buxari öz sənədilə İbn Abbasdan belə nəql edir: Peyğəmbər (s) ulduza səcdə etdi. Müsəlmanlar, müşriklər, insanlar və cinlər də Onunla (s) birlikdə səcdə etdilər. Bu hədisi İbn Təhman Əyyubdan rəvayət etmişdir.

Buxarinin şərhçilərindən olan İbn Bəttal buna etiraz edərək deyir:

فقال: إن أراد البخاري الاحتجاج لابن عمر بسجود المشركين فلاحجّة فيه؛ لأنّ سجودهم لم يكن على وجه العبادة وإنّما كان لما ألقى الشيطان.

Əgər Buxarinin məqsədi müşriklərin səcdəsi barəsində İbn Ömərin dəlilidirsə, bunun heç bir etibarı yoxdur. Çünki onların səcdəsi ibadət üzündən deyil, Şeytanın təlqin etməsi üzündən olmuşdur.

Şeytan ayələri barəsində İbn Həcər Əsqəlaninin nəzəri

İbn Həcər Şeytan ayələri barəsində olan rəvayətləri nəql edəndən sonra deyir:

لكن كثرة الطرق تدل على أن للقصة أصلاً مع أنّ لها طريقين آخرين مرسلين رجالهما على شرط الصحيحين.

Lakin bir çox rəvayətlər bu hadisənin olmasını sabit edir. Bununla belə bu barədə iki mürsəl rəvayət mövcuddur. Amma bu iki rəvayətin raviləri Səhiheynin rəvayətlərinin səhih olma şərtlərinə malikdir.

... وجميع ذلك لا يتمشى على القواعد فإن الطرق إذا كثرت وتباينت مخارجها دل ذلك على أن لها أصلا وقد ذكرت أن ثلاثة أسانيد منها على شرط الصحيح .

... Bu rəvayətlərin hamısı bəlkə də rical qanunları ilə uyğun gəlmir. Lakin bir rəvayətin sənədləri çox və bir-birilə fəqli olarsa, bu, rəvayətin həqiqətinin nişanəsidir. Bunu da xatırladaq ki, bu rəvayətin sənədlərinin üçü səhihin şərtləri ilə müvafiqdir.

Bütlər hədisi barəsində şiə alimlərinin rəyi

Əllamə Təbatəbayinin rəyi

قال السيد الطباطبائي:  الرواية مروية بطرق عديدة عن ابن عباس وجمع من التابعين وقد صحّحها جماعة منهم الحافظ ابن حجر . لكن الأدلة القطعية على عصمته صلى الله عليه وآله وسلم تكذب متنها وإن فرضت صحّة سندها فمن الواجب تنزيه ساحته المقدسة عن مثل هذه الخطيئة مضافا إلى أن الرواية تنسب إليه صلى الله عليه وآله وسلم أشنع الجهل وأقبحه فقد تلى (تلك الغرانيق العلى وإن شفاعتهن لترتجي) وجهل أنه ليس من كلام الله ولا نزل به جبريل ، وجهل أنه كفر صريح يوجب الارتداد ودام على جهة حتى سجد وسجدوا في آخر السورة ولم يتنبه ثم دام على جهله حتى نزل عليه جبريل وأمره أن يعرض عليه السورة فقرأها عليه وأعاد الجملتين وهو مصر على جهله حتى أنكره عليه جبريل ثم أنزل عليه آية تثبت نظير هذا الجهل الشنيع والخطيئة الفضيحة لجميع الأنبياء والمرسلين وهي قوله : (وما أرسلنا من قبلك من رسول ولا نبي إلا إذا تمنى ألقى الشيطان في أمنيته) .

وبذلك يظهر بطلان ما ربما يعتذر دفاعا عن الحديث بأن ذلك كان سبقا من لسان دفعة بتصرف من الشيطان سهوا منه عليه السلام وغلطا من غير تفطن . فلا متن الحديث على ما فيه من تفصيل الواقعة ينطبق على هذه المعذرة ، ولا دليل العصمة يجوز مثل هذا السهو والغلط . على أنه لو جاز مثل هذا التصرف من الشيطان في لسانه صلى الله عليه وآله وسلم بإلقاء آية أو آيتين في القرآن الكريم لارتفع الامن عن الكلام الإلهي فكان من الجائز حينئذ أن يكون بعض الآيات القرآنية من إلقاء الشيطان ثم يلقي نفس هذه الآية (وما أرسلنا من ن رسول ولا نبي) الآية فيضعه في لسان النبي وذكره فيحسبها من كلام الله الذي نزل به جبريل كما حسب حديث الغرانيق كذلك فيكشف بهذا عن بعض ما ألقاه وهو حديث الغرانيق سترا على سائر ما ألقاه .

أو يكون حديث الغرانيق من الكلام الله وآية  (وما أرسلنا من قبلك من رسول ولا نبي) الخ ، وجميع ما ينافي الوثنية من كلام الشيطان ويستر بما ألقاه من الآية وأبطل من حديث الغرانيق على كثير من إلقاءاته في خلال الآيات القرآنية ، وبذلك يرتفع الاعتماد والوثوق بكتاب الله من كل جهة وتلغو الرسالة والدعوة النبوية بالكلية جلت ساحة الحق من ذلك .

Əllamə Təbatəbayi deyir: Bu rəvayət İbn Abbas və bir qrup tabeindən bir neçə yolla rəvayət olunmuşdur. Tabeindən bir qrupu və o cümlədən Hafiz ibn Həcər də bu rəvayəti səhih bilmişlər. Lakin Həzrətn (s) ismətinə olan qəti dəlillər bu rəvayətin sənədi səhih olsa belə, onun mətnini təkzib edir. Bizə o dəlillərin hökmü lazımdır ki, biz o Həzrətin (s) məqamını belə xətalardan münəzzəh bilək. Bundan əlavə bu rəvayət cəhalətin ən qəbahətli cəhətini o Həzrətə (s) nisbət verir. Belə ki, Həzrət (s) (Allaha pənah – Müt) “Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var” sözlərini oxuyur, lakin bu sözlərin Allahın kəlamı olduğunu, onları  Cəbrayılın (ə) gətirdiyini və bunların açıq-aşkar küfrə, dindən çıxmağa səbəb olduğunu bilmir. Həzrətin (s) nadanlığı (Allaha pənah –Müt) surə bitənədək davam etdi. Sonda Həzrət (s) və məsciddə olanlar səcdə etdilər. Lakin hələ də Həzrət (s) öz xətasını (Allaha pənah –Müt) anlamamışdı. Axırda Cəbrayıl (ə) gəldi və Həzrətə (s) surəni oxumağı əmr etdi. Həzrət (s) də oxuyarkən yenə o sözləri ayələrin içində işlətdi. O zaman Cəbrayıl (ə) dedi ki, mən bu sözləri nazil etməmişəm. Bundan da pisi odur ki, Cəbrayılın (s) nazil etdiyi bu ayə bütün peyğəmbərlərin qəbahətlərini, cəhalətlərini və küfrünü isbat edir. Bu ayəni aşağıda qeyd edirik:

“Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.”

Burdan aydın olur ki, bu hədisi müdafiə etmək üçün gətirdikləri üzr batildir və üzrü günahından böyükdür. O da budur ki, “bu cümlə Həzrətin (s) dilində var idi, lakin Şeytan onu istifadə etdi, nəticədə də Həzrət (s) səhvə düçar oldu.“ Nə hədisin mətni bu üzrə aid olur, nə də ismətin dəlilləri bu xətanı peyğəmbərlər üçün qəbul edir.

Bundan əlavə əgər Şeytan Peyğəmbərin (s) dilindən belə istifadə edirsə, bir və ya iki Qurana aid olmayan ayəni Quran ayəsi ünvanı ilə Peyğəmbərin (s) dilinə gətirirsə, onda Allahın bütün kəlamları öz etimadını itirir. Demək bəzilərinin Quranın bəzi ayələrinin Şeytanın təlqini olması ehtimalını verməsi mümkündür. Peyğəmbər (s) də Şeytanın ayələrini ilahi ayə hesab etdiyi kimi bu ayələri də Quran ayəsi hesab edir. Yuxarıda dediyimiz ayə Şeytanın təlqin etdiyi ayələrin yalanını ortaya çıxararaq qalanlarının üstünü örtür.  

Yaxud da ehtimal var ki, bu bütlər haqqında olan şeytanın təlqin etdiyi ayələr Allah kəlamıdır və yuxarıda qeyd etdiyimiz və bütpərəstliklə müxalif olan hər ayə Şeytanın təlqinidir. Belə olan surətdə yuxarıdakı ayə bütlər haqqında olan Şeytanın təlqinlərini batil edir və həqiqətdə Şeytanın təlqini fərz olunan bütün ayələrin üstünü örtür. Bu surətdə də Quran bütünlüklə öz etibarını itirir və nübüvvətin dəvəti ləğv olunur. Lakin Allah belə şeylərdən daha münəzzəhdir.

Şeytan ayələri barəsində Ayətullah Məkarim Şirazinin nəzəri

Əhli sünnənin bəzi kitablarında İbn Abbasdan təəccüb doğuran rəvayətlər nəql olunmuşdur. Belə ki, Peyğəmbər (s) Məkkədə Nəcm surəsini oxumağa başladı. Bütlərin adı çəkilən ayələrə çatanda (Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin. Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!) Şeytan bu iki cümləni Həzrətin (s) dilinə gətirdi:

تلك الغرانيق العلى، و ان شفاعتهن لترتجى!

“Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var”

Bu zaman müşriklər xoşhal oldular və dedilər: İndiyədək Məhəmməd (s) bizim tanrılarımızın adını belə yaxşılıqla çəkməmişdi. Bu zaman Peyğəmbər (s) səcdə etdi, onlar da səcdə etdilər. Cəbrayıl (ə) nazil oldu və Peyğəmbərə (s) bu iki cümləni Ona (s) nazil etmədiyini bildirdi. Bunlar Şeytanın təlqinlərindən idi. Bu yerdə bu ayələr nazil oldu:

“Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.”

Bu ayələr Peyğəmbərə (s) və möminlərə bir xəbərdarlıq idi.

Peyğəmbərin (s) proqramlarını zəiflətmək üçün bəhanə axtaran İslam düşmənləri bu hadisəni dəbdəbə ilə çox sayda nəql etmişlər və ona müxtəlif bər-bəzəklər də vermişlər. Amma nişanələr bunu göstərir ki, bu saxta bir hədisdir. Şeytansifətlər Quranı və Peyğəmbərin (s) hədislərini etibarsız göstərmək üçün bu hədisi qondarmışlar.

1. Çünki təhqiqatçıların dediyinə əsasən, bu hədisin raviləri müvəssəq deyidir və zəifdir. Eyni zamanda bu hədisin İbn Abbasdan nəql olunması da heç cür məlum deyildir. Məhəmməd ibn İshaqın dediyinə görə bu hədis zındıqların düzəltdiyi qondarma bir hədisdir və o, bu barədə ayrıca bir kitab yazmışdır.

2. Nəcm surəsinin nazil olması, sonra da Peyğəmbərin (s) və müsəlmanların səcdə etməsi barəsində müxtəlif kitablarda bir çox rəvayətlər nəql olunmuşdur. Lakin bu hədislərin heç birində bu bütlər əfsanəsi haqqında söz deyilməmişdir. Bu onu göstərir ki, bu cümlə sonradan o hədisə əlavə edilmişdir.

3. Nəcm surəsinin ilk ayələri bu xurafatı açıq-aşkar batil edir:

وَ ما يَنْطِقُ عَنِ الْهَوى‏ إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحى

O, (Qur’anın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır. Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir.

Bu ayə yuxarıdakı əfsanə ilə necə uyğun gələ bilər?

4. Bu surədə bütlərin adı çəkilən ayələrdən sonrakı ayələrin hamısı bu bütləri məzəmmət edir, onların pis və alçaq olduqlarını açıq-aşkar bəyan edir:

إِنْ هِيَ إِلَّا أَسْماءٌ سَمَّيْتُمُوها أَنْتُمْ وَ آباؤُكُمْ ما أَنْزَلَ اللَّهُ بِها مِنْ سُلْطانٍ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَ ما تَهْوَى الْأَنْفُسُ وَ لَقَدْ جاءَهُمْ مِنْ رَبِّهِمُ الْهُدى‏

(Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbləri tərəfindən onlara hidayət vasitəsi (Qur'an və Peyğəmbər) gəlmişdir.

Bu cür ciddi məzəmmətlərlə dolu olan ayələrdən əvvəlki ayələr necə ola bilər ki, bütləri tərifəlayiq hesab etsin? Bundan əlavə, Quran açıq-aşkar bildirir ki, Allah-Təala Quranı hər cür təhrif və azğınlıqdan qoruyur. Hicr surəsinin 9-cu ayəsində deyilir:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَ إِنَّا لَهُ لَحافِظُونَ

Həqiqətən bu zikri (Qur’anı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq.

5. Peyğəmbərin (s) büt və bütpərəstlərlə mübarizəsi mübarək ömrünün sonunadək amansız və davamlı idi. Həzrət (s) əməldə də bunu göstərirdi, belə ki, büt və bütpərəstlərin müqabilində ən ağır şəraitdə belə heç bir sülh sazişi qəbul etmirdi. Belə olan halda necə ola bilər ki, belə sözlər Həzrətin (s) dilinə gəlsin?

6. Peyğəmbəri (s) Allah tərəfindən gəldiyini hesab etməyənlər və müsəlman olmayanlar belə o Həzrəti (s) mütəfəkkir və tədbiri sayəsində böyük qələbələrə imza atan tədbirli bir insan hesab ediblər. Əsl şüarı “La ilahə illəllah” olan, şirkə, bütpərəstliyə qarşı amansız mübarizə aparan, bu barədə heç bir sazişə hazır olmadığını bildirən bir kəs necə ola bilər ki, belə bir əsas proqramı boşlayıb müşriklərin bütlərini tərifləsin?

Bütün bunlardan bu aydın oldu ki, bu büt tərifləmək məsələsi saxta bir məsələdir. Bu məsələ İslam düşmənlərinin Quranın dəyərini zəiflətmək üçün düzəltdikləri əfsanədən ibarətdir. Bütün İslam alimləri – istər şiə olsun, istərsə də sünni bu məsələni inkar etmiş və saxtakarların işi hesab etmişlər.

Əlbəttə bəzi təfsirçilər bu hədisə bəraət qazandırmışlar. Belə ki, bu hədisi düz hesab etsək belə, oxunmalı bir hədisdir. Belə nəql edirlər ki, Peyğəmbər (s) Quran ayələrini yavaş səslə oxuyurdu. Bəzən də o ayələrin arasında bir az sakit qalırdı ki, camaatın qəlbi o ayələri daha yaxşı həzm etsin. Nəcm surəsinin ayələrini oxuyan zaman (Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin. Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!) ayələrinə çatanda şeytansifətlərin bəzisi (müşriklər) fürsətdən istifadə edərək bu arada “Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var” kəlmələrini xüsusi səslə dedilər ki, Peyğəmbərlə (s) səs-səsə verib camaatı çaşdırsınlar. Lakin sonrakı ayələr onlara yaxşı cavab verdi və bütpərəstliyi şiddətli şəkildə qınadı.

Burdan aydın olur ki, müşriklərin Peyğəmbər (s) üçün yaratdıqları çətinliklərin aradan qalxması üçün bir növ yumşaqlığı kimi və Həzrətin (s) də müşriklərin İslama meyl etməsini istəməsi kimi bu hədisi təfsir edənlər böyük bir səhvə yol veriblər. Bu onu göstərir ki, bu hədisi belə yozmağa çalışanlar bütlərin və bütpərəstlərin müqabilində İslamın və Peyğəmbərin (s) mövqeyini dərk etməmişlər. Tarixi sənədlər də bunu göstərir ki, düşmənlər nəyin bahasına olursa olsun, Peyğəmbərin (s) bu işlə razı olmasına çalışsalar da, Həzrət (s) qəbul etməmiş və bir an belə öz proqramından üz döndərməmişdir. Bunu düşmənlər görməmiş və ya özlərini cahilliyə vurmuşlar.

Qardaşlardan xahiş edirik ki, Peyğəmbərə (s) qarşı edilən bu cürətə cavab versinlər və şiələrə qarşı böhtan atmaqdan əl çəksinlər. Təəccüblü burasıdır ki, əhli-sünnə qardaşlarımız necə öz alimlərinin rəylərini kənara qoyub şiə kitablarında olmayan bu cür yalanların arxasınca düşüblər.

Həzrət Vəliyyi Əsr (ə.f) müəssisəsinin şübhələrə cavab təhqiqat qrupu

Tərcümə etdi: Fərhad Mirzə