Şiələr namazın salamından sonra Xanəl-Əmin (Cəbrayıl xəyanət etdi) deyirlərmi? (2-ci hissə)

4. Mələklərin məsum olmalarına şiənin etiqadı

Şiə Cəbrayılın (ə) və digər mələklərin məsum olduğuna inanır. Əgər şiələr Cəbrayılın (ə) vəhyi çatdırmaqda xəyanət etdiyinə inansaydı, heç vaxt onun məsumluğunu açıq-aşkar bəyan etməzdi.

Şeyx Müfid (r) yazır:

فجميع المؤمنين من الملائكة والنبيين والأئمة معصومون لأنهم متمسكون بطاعة الله تعالى

Bütün Mələklər (ə), Peyğəmbərlər (ə) və İmamlar (ə) məsumdurlar. Çünki onlar həmişə Allah Təalaya itaət etmişlər.

Şeyx Səduq (r) yazır:

اعتقادنا فى الانبياء و الرسل و الأئمة و الملائكة صلوات الله عليهم انهم معصومون مطهرون من كل دنس و انهم لا يذنبون ذنبا لا صغيرا و لا كبيرا ولايعصون الله ما امرهم و يفعلون مايؤمرون.

Peyğəmbərlər (ə), İmamlar (ə) və Mələklər (ə) haqqında bizim etiqadımız budur ki, onlar məsumdurlar və hər bir çirkinlikdən pakdırlar. İstər böyük, istərsə də kiçik günahları heç vaxt etməzlər. Allahın əmrlərinə asi olmaz və Allah tərəfindən onlara verilən əmri yerinə yetirərlər.

5. Şiələrin Cəbrayıla (ə) xüsusi ehtiramı

Tarix boyu şiə alimləri Cəbrayıla (ə) bir əmin və müqərrəb mələk kimi ehtiram etmişlər. Böyük Quran təfsirçisi Əllamə Təbərsi (r) aşağıdakı ayənin təfsirində yazır:

نزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ  

Ruhul-əmin (Cəbrayıl) onu endirdi.

يقول : يعنى جبرئيل(عليه السلام) و هو امين وحى الله لا يغيره و لا يبدله.

Deyir ki, Ruhul Əmin, yəni Cəbrayıl (ə) Allahın vəhyinin əminidir və onu heç vaxt dəyişməz və başqa bir şeylə əvəzləməz.

Əllamə Təbatəbayi (r) də bu ayənin təfsiri haqqında yazır:

المراد بالروح الامين هو جبريل ملك الوحى... و قد وصف الروح بالامين للدلالة على انه مأمون فى رسالته منه تعالى الى نبيه (صلى الله عليه وآله) لا يغير شيئا من كلامه تعالى بتبديل او تحريف بعمد او سهو او نسيان كما ان توصيفه فى آية اخرى بالقدس يشير الى ذلك.

Ruhul Əmindən məqsəd vəhy mələyi olan Cəbrayıldır (ə)... Burada Cəbrayıl (ə) Ruhul əmin sifəti ilə vəsf olunmuşdur. Çünki, O (ə), Allahdan Peyğəmbərə (s) risaləti çatdırmaqda xətadan qorunmuşdur. O (ə), Allahın kəlamında bilərəkdən, səhvən və ya unutqanlıq üzündən heç bir təhrifə yol verməmişdir. Başqa bir ayədə Onun (ə) “qudus” (müqəddəs) sifəti ilə vəsf olunması da bu məsələyə işarə edir.

6. Vəhhabilik və onların şeytani ayələr barəsində Peyğəmbərə (s) atdıqları iftira

Şiələri Cəbrayılla (ə) düşmənçilikdə ittiham edənlər görəsən özləri də bilirlərmi ki, Peyğəmbərə  (s) bundan da ədəbsizcəsinə böhtan atırlar? Onlar deyirlər: Peyğəmbər (s) Şeytanın təlqin və vəsvəsələri ilə vəhyi səhv salırdı.

Bundan da böyük iftra budur ki, Şeytan küframiz sözlərini Quran ayələri adı ilə qiraət edir, lakin Peyğəmbər (s) də bu sözləri Allahın kəlamı təsəvvür edərək, onu Quran adı ilə camaata təbliğ edirdi.

Əgər Peyğəmbər (s) Cəbrayılın (ə) səsini Şeytanın batil təlqinlərindən ayıra bilmirsə, Quranın digər ayələrinin etibarı sual altına düşmürmü? İndi vəhhabilərin mötəbər kitablarında bu məsələni qeyd edirik.

Əhli-sünnə təfsirlərində Şeytan ayələri

İbn Teymiyyə və Şeytan ayələri

Hörmətli oxucuların diqqətini Vəhhabiliyin böyük teoloqu olan İbn Teymiyyənin bir ayə barəsində olan dediyi sözə cəlb edirik. Belə ki, şiələrin vəhy barəsində səhvə düçar olduqları yoxsa vəhhabilərin zəlalət çuxurunda olması aydın olsun:

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِىٍّ إِلَّآ إِذَا تَمَنَّى‏ أَلْقَى الشَّيْطَنُ فِى أُمْنِيَّتِهِ. فَيَنسَخُ اللَّهُ مَا يُلْقِى الشَّيْطَنُ ثُمَّ يُحْكِمُ اللَّهُ ءَايَتِهِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ. 

Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.

وتنازعوا هل يجوز أن يسبق على لسانه ما يستدركه الله تعالى ويبينه له بحيث لا يقره على الخطأ كما نقل أنه ألقى على لسانه صلى الله عليه وسلم تلك الغرانيق العلى وإن شفاعتهن لترتجى ثم إن الله تعالى نسخ ما ألقاه الشيطان وأحكم آياته فمنهم من لم يجوز ذلك ومنهم من جوزه إذ لا محذور فيه فإن الله تعالى «يَنْسَخُ  مَا يُلْقِي الشَّيْطَانُ ثُمَّ يُحْكِمُ اللَّهُ آيَاتِهِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ *  لِيَجْعَلَ مَا يُلْقِي الشَّيْطَانُ فِتْنَةً لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ » .

Allahın nazil etmədiyi sözün Peyğəmbərin (s) dilinə gəlməsinin mümkün olmasında ixtilaf var. Elə olsun ki, Onun (s) xəta etməmə ehtimalı aydın görünsün. Çünki Şeytanın da Peyğəmbərə (s) təlqin və vəsvəsə etməsi nəql olunmuşdur. Belə ki, bütlərə sitayiş etmə barəsində Peyğəmbərə (s) təlqin etmiş, Lat və Üzzanın şəfaətlərinə ümid bəsləməsini Ona (s) təlqin etmişdir. Sonra Allah Təala Şeytanın təlqinlərini məhv edir və Öz ayələrini bərqərar edərək möhkəmləndirir. İxtilaf edənlərin bir hissəsi bunun mümkün olmadığını, digərləri isə mümkün olduğunu demişlər. Çünki burada heç bir müşkül yoxdur. Çünki Allah Təala buyurur: Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir. (Şeytana belə bir imkan verməkdən məqsəd budur) ki, şeytanın təlqin etdiklərini qəlblərində mərəz olanları sınaq vasitəsi etsin.

Təbəri və Şeytan ayələri 

İbn Teymiyyə Təbərini böyük təfsirçilərdən hesab edir və onun təfsirində qondarma rəvayətlərin olmadığına inanır:

قال ابن تيمية بعد رد ما نقله العلّامة عن تفسير الثعلبي: و أما أهل العلم الكبار أهل التفسير مثل تفسير محمد بن جرير الطبري و بقي بن مخلد و ابن أبي حاتم و ابن المنذر و عبد الرحمن بن إبراهيم دحيم و أمثالهم فلم يذكروا فيها مثل هذه الموضوعات.

İbn Teymiyyə Sələbinin təfsiri barəsində Əllamə Hillinin nəql etdiyi mətləbi rədd edəndən sonra deyir: Lakin Məhəmməd ibn Cərir Təbəri, Bəqi ibn Müxəlləd, İbn Əbi Hatəm, İbn Münzir Əbdürrəhman ibn İbrahim Duheym və digərləri kimi böyük təfsirçilər öz təfsirlərində qondarma rəvayətlər nəql etməmişlər.

قال أيضاً:  كتفسير ابن جريج و سعيد بن أبي عروبة و عبد الرزاق و عبد بن حميد و أحمد و إسحاق و تفسير بقي بن مخلد و ابن جرير الطبري و محمد بن أسلم الطوسي و ابن أبي حاتم و أبي بكر بن المنذر و غيرهم من العلماء الأكابر الذين لهم في الإسلام لسان صدق و تفاسيرهم متضمنة للمنقولات التي يعتمد عليها في التفسير.

Həmçinin deyir: İbn Cüreyh, Səid ibn Əbi Urubə, Əbdürrəzzaq, Əbd ibn Humeyd, Əhməd, İshaq, Bəqi ibn Müxəlləd, İbn Cərir Təbəri, Məhəmməd İbn Müslim Tusi, İbn Əbi Hatəm, Əbu Bəkr ibn Münzir və İslamda doğru danışan digər böyük təfsirçilər təfsirləri etimadlı rəvayətləri özündə toplamışdır.

Təbəri öz təfsirində belə nəql edir: 

عن محمد بن كعب القرظي قال : لما رأى رسول الله ( ص ) تولي قومه عنه ، وشق عليه ما يرى من مباعدتهم ما جاءهم به من عند الله ، تمنى في نفسه أن يأتيه من الله ما يقارب به بينه وبين قومه . وكان يسره ، مع حبه وحرصه عليهم ، أن يلين له بعض ما غلظ عليه من أمرهم ، حين حدث بذلك نفسه وتمنى وأحبه ، فأنزل الله : والنجم إذا هوى ما ضل صاحبكم وما غوى فلما انتهى إلى قول الله : أفرأيتم اللات والعزى ومناة الثالثة الأخرى ألقى الشيطان على لسانه ، لما كان يحدث به نفسه ويتمنى أن يأتي به قومه : تلك الغرانقة العلى ، وإن شفاعتهن لترتجي . فلما سمعت ذلك قريش فرحوا وسرهم ، وأعجبهم ما ذكر به آلهتهم ، فأصاخوا له ، والمؤمنون مصدقون نبيهم فيما جاءهم به عن ربهم ، ولا يتهمونه على خلط ولا وهم ولا زلل . فلما انتهى إلى السجدة منها وختم السورة ، سجد فيها ، فسجد المسلمون بسجود نبيهم ، تصديقا لما جاء به واتباعا لامره ، وسجد من في المسجد من المشركين من قريش وغير هم لما سمعوا من ذكر آلهتهم ، فلم يبق في المسجد مؤمن ولا كافر إلا سجد إلا الوليد بن المغيرة ، فإنه كان شيخا كبيرا فلم يستطع ، فأخذ بيده حفنة من البطحاء فسجد عليها . ثم تفرق الناس من المسجد ، وخرجت قريش وقد سرهم ما سمعوا من ذكر آلهتهم ، يقولون : قد ذكر محمد آلهتنا بأحسن الذكر ، وقد زعم فيما يتلو أنها الغرانيق العلي وأن شفاعتهن ترتضي وبلغت السجدة من بأرض الحبشة من أصحاب رسول الله ( ص ) ، وقيل : أسلمت قريش . فنهضت منهم رجال ، وتخلف آخرون . وأتى جبرائيل النبي ( ص ) ، فقال : يا محمد ماذا صنعت ؟ لقد تلوت على الناس ما لم آتك به عن الله ، وقلت ما لم يقل لك فحزن رسول الله ( ص ) عند ذلك ، وخاف من الله خوفا كبيرا ، فأنزل الله تبارك وتعالى عليه وكان به رحيما يعزيه ويخفض عليه الامر ويخبره أنه لم يكن قبله رسول ولا نبي تمنى كما تمنى ولا أحب كما أحب إلا والشيطان قد ألقى في أمنيته كما ألقى على لسانه ( ص ) ، فنسخ الله ما ألقى الشيطان وأحكم آياته ، أي فأنت كبعض الأنبياء والرسل فأنزل الله : وما أرسلنا من قبلك من رسول ولا نبي إلا إذا تمنى ألقى الشيطان في أمنيته . . . الآية . فأذهب الله عن نبيه الحزن ، وأمنه من الذي كان يخاف ، ونسخ ما ألقى الشيطان على لسانه من ذكر آلهتهم أنها الغرانيق العلى وأن شفاعتهن ترتضي.

Məhəmməd ibn Kəb Qərəzinin belə dediyi nəql olunur: Peyğəmbərin (s) qövmü Ondan (s) üz döndərən zaman bu ayrılıq Həzrətə (s) ağır gəldi və Allahdan istədi ki, Özü (s) ilə qövmü arasında olan bu ayrılıq azalsın. Halbuki, Həzrət (s) onları çox istəyirdi (və onların Həzrətə (s) yaratdığı çətinliklər Ona (s) şirin gəlirdi). Lakin onların Həzrət (s) üçün yaratdığı çətinliklər müəyyən qədər azalanda, Həzrət (s) bundan xoşhal olurdu. Sonra Nəcm surəsii nazil oldu. “Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin. Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)” ayələrinə çatanda Həzrətin (s) öz-özünə dediyi və bu dediklərinin öz qövmü üçün nazil olmasını istəməsi səbəbinə Şeytan Həzrətə (s) bu sözləri təlqin etdi: Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var. Peyğəmbər (s) də ayələrin ardınca bu sözləri öz qövmünə dedi.

Bu sözləri eşidən Qureyş çox şad oldular. Onların tanrıları barəsində deyilən bu xoş sözləri eşidən Qureyşlilər Peyğəmbərin (s) sözlərinə qulaq asmağa başladılar. Möminlər də Peyğəmbəri (s) təsdiq etdilər və Onu (s) dəli olmaqda, səhv etməkdə ittiham etmədilər. Peyğəmbər (s) surənin səcdə hissəsinə çatanda surəni bitirib səcdəyə getdi. Müsəlmanlar da elə bu səbəbə səcdəyə getdilər. Çünki Həzrətin (s) gətirdiyini qəbul edir və Onun (s) göstərişlərinə tabe olurdular. Qureyşdən olanlar və digərləri öz bütlərinin adını eşidən kimi səcdəyə getdilər. Nəticədə məsciddə olan bütün mömin və kafirlər səcdəyə getdilər. Lakin Vəlid ibn Müğeyrə çox qoca olduğundan səcdəyə gedə bilmədi, amma yerdən bir az torpaq götürüb ona səcdə elədi. Sonra camaat məsciddən çıxdılar. Qureyş də məsciddən çıxdı və öz bütləri haqqında eşitdiklərinə görə sevinirdilər və belə deyirdilər: Məhəmməd (s) bizim tanrılarımızı ən yaxşı yolla yad elədi.

Şeytanın bu təlqin etdikləri sözlərin Allahın ayələri olduğu güman edilirdi. Hətta bu səcdənin xəbəri Həbəşistanda olan Peyğəmbərin (s) səhabələrinə də çatdı və bəziləri dedi ki, Qureyş müsəlman olub. Onlardan bəziləri qayıtmağa hazırlaşdı, digərləri isə qaldılar. Cəbrayıl (s) Peyğəmbərə (s) nazil olub dedi: Ya Məhəmməd, sən nə etdin? Allah tərəfindən sənə gətirmədiyim sözləri camaat üçün oxudun. Sənə demədiklərimi sən dedin. Bu zaman Peyğəmbər (s) kədərləndi və Allahdan şiddətli şəkildə qorxdu. Sonra Allah Təala Ona (s) bu ayəni nazil etdi və Ona (s) təskinlik verdi. Məsələni Onun (s) üçün kiçik cilvələndirdi. Allah Təala Həzrətə (s) belə xəbər verdi: “Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.”

Həzrətin (s) istədiyini Allah da istədi.

Nəticədə Allah Təala Öz Rəsulundan (s) qəm-qüssəni götürdü və Onu (s) qorxduğu şeydən amanda saxladı. Şeytanın da Peyğəmbərin (s) dilinə təlqin etdiyi sözləri nəsx etdi.

Süyuti və səhih sənədlərlə nəql etdiyi şeytan ayələri

قال السيوطي: وأخرج البزار والطبراني وابن مردويه والضياء في المختارة بسند رجاله ثقات من طريق سعيد بن جبير عن ابن عباس قال إن رسول الله صلى الله عليه وسلم قرأ أفرأيتم اللات والعزى ومنات الثالثة الأخرى تلك الغرانيق العلى وان شفاعتهن لترتجي ففرح المشركون بذلك وقالوا قد ذكر آلهتنا فجاء جبريل فقال اقرأ على ما جئتك به فقرأ أفرأيتم اللات والعزى ومنات الثالثة الأخرى تلك الغرانيق العلى وان شفاعتهن لترتجي فقال ما أتيتك بهذا هذا من الشيطان فأنزل الله وما أرسلنا من قبلك من رسول ولا نبي الا إذا تمنى إلى آخر الآية.

Süyuti deyir: Əl-Muxtarə kitabında Bəzzar, Təbərani, İbn Mərdəveyh və Ziya raviləri siqə olan  sənədlə Səid ibn Cübeyrin yolu ilə İbn Abbasın belə dediyini nəql edirlər: Peyğəmbər (s) bu ayələri belə oxudu: “Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin. Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)” “Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var.”

Müşriklər də sevinərək belə dedilər: Bizim tanrılarımızı gözəl şəkildə yad etdi. Sonra Cəbrayıl (ə) nazil olub dedi: Sənə nazil etdiyim kimi oxu! Peyğəmbər (s) əvvəl oxuduğu kimi oxudu. Cəbrayıl (ə) dedi: Bunları mən sənə nazil etməmişəm, bunlar Şeytan tərəfindəndir. Sonra Allah bu ayəni nazil etdi: “Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.

وقال أيضاً: وأخرج ابن جرير وابن المنذر وابن أبي حاتم وابن مردويه بسند صحيح عن سعيد بن جبير قال قرأ رسول الله صلى الله عليه وسلم بمكة النجم فلما بلغ هذا الموضع أفرأيتم اللات والعزى ومنات الثالثة الأخرى ألقى الشيطان على لسانه تلك الغرانيق العلى وان شفاعتهن لترتجي قالوا ما ذكر آلهتنا بخير قبل اليوم فسجد وسجدوا ثم جاءه جبريل بعد ذلك قال أعرض على ما جئتك به فلما بلغ تلك الغرانيق العلى وان شفاعتهن لترتجي قال له جبريل لم آتك بهذا هذا من الشيطان فأنزل الله وما أرسلنا من قبلك من رسول ولا نبي الآية.

Süyuti həmçinin deyir: İbn Cərir, İbn Münzir, İbn Əbi Hatəm və ibn Mərdəveyh səhih sənədlə Səid ibn Cübeyrdən belə nəql edirlər: Peyğəmbər (s) Məkkədə Nəcm surəsini oxudu. “Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin. Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)” ayələrinə çatanda Şeytan bu sözləri Onun (s) dilinə təlqin etdi: “Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var.” Müşriklər dedilər: Məhəmməd (s) bundan əvvəl bizim bütlərimizi belə gözəl yad etmirdi. Sonra Peyğəmbər (s) və müşriklər səcdə etdilər. Bundan sonra Cəbrayıl (ə) Peyğəmbərin (s) yanına gəlib dedi: Sənə gətirdiyim ayələri oxu! Peyğəmbər (s) ayələri oxuyub “Onlar uca məqamlı bütlərdir və onların şəfaət edəcəyinə ümid var” sözlərinə yetişəndə Cəbrayıl (ə) dedi: Mən bu sözləri sənə gətirməmişəm. Bunlar Şeytanın sözləridir. Sonra Allah bu ayəni nazil etdi: “Biz səndən əvvəl elə bir rəsul (peyğəmbərliyi mələyi aşkar görməklə olan elçi) və nəbi (peyğəmbərliyi vəhyi yuxuda almaqla olan elçi) göndərməmişik ki, o, öz kitabının ayələrini oxuyanda və ya öz dinini cəmiyyətdə həyata keçirmək istəyəndə şeytan onun sözlərinin arasına (bihudə iradlar) atmasın və onun yüksək hədəfləri müqabilində batil məsələlər təlqin etməsin. Lakin Allah (Öz cari qanununa əsasən) şeytanın təlqin etdiklərini məhv və puç edir və sonra Öz ayə və nişanələrini bərqərar edərək möhkəmləndirir. Allah (hər şeyi) bilən və hikmət sahibidir.”