Şiələr əhli-sünnənin Əmirulmömininə (ə) atdıqları şərabxorluq ittihamina nə cavab verirlər? (4-cü hissə)

Əhli-sünnənin Əmirulmömininə (ə) atdığı töhmətin araşdırılması

Bu rəvayət hətta əhli-sünnə alimlərinin nəzərinə görə də mərduddur (rədd olunur, məqbul deyil). Əhli-sünnənin böyük alimlərindən olan Şövkani bu barədə yazır:

وفي إسناده عطاء بن السائب لا يعرف إلا من حديثه ، وقد قال يحيى بن معين لا يحتج بحديثه .

Bu rəvayətin sənədində Əta ibn Saib adlı bir şəxs vardır. Bu hədisi də ondan başqası nəql etməmişdir. Yəhya ibn Muin bu şəxsin barəsində belə demişdir: Onun rəvayətinə istinad etmək olmaz.

Hakim Nişapuri bu rəvayəti nəql edəndən sonra yazır:

وفي هذا الحديث فائدة كثيرة وهي ان الخوارج تنسب هذا السكر وهذه القراءة إلى أمير المؤمنين علي بن أبي طالب دون غيره وقد برأه الله منها فإنه راوي هذا الحديث.

Bu rəvayətdə mühüm bir fayda mövcuddur. O da budur ki, xəvaric bu məst olmanı və namazı səhv qılmanı başqasına deyil, məhz Əmirulmöminin Əli ibn Əbi Talibə (ə) nisbət vermişlər. Lakin Allah-Təala onu bu töhmətdən uzaq etmişdir. Həqiqətən bu rəvayətin ravisi təkcə özüdür (və onun Əmirulmömininə (ə) nisbət verdiyi bu töhməti başqasına nisbət verməsi ağla gələn şey deyildir).

Əhli-sünnənin Əmirulmömininə (ə) atdığı töhmətin onların “Sihah”ında araşdırılması

Əhli-sünnənin 6 səhih kitabında (Sihahi sittədə) bu barədə iki rəvayət nəql olunub. Biri Tirmizinin, digəri isə Əbu Davudun rəvayətidir. Biz hər iki rəvayəti sənəd baxımından araşdıracağıq. Tirmizi öz “Sünən”ində yazır:

3300 ، حَدَّثَنَا عَبْدُ بْنُ حُمَيْدٍ حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ سَعْدٍ عَنْ أَبِى جَعْفَرٍ الرَّازِىِّ عَنْ عَطَاءِ بْنِ السَّائِبِ عَنْ أَبِى عَبْدِ الرَّحْمَنِ السُّلَمِىِّ عَنْ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ قَالَ صَنَعَ لَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَوْفٍ طَعَامًا فَدَعَانَا وَسَقَانَا مِنَ الْخَمْرِ فَأَخَذَتِ الْخَمْرُ مِنَّا وَحَضَرَتِ الصَّلاَةُ فَقَدَّمُونِى فَقَرَأْتُ (قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ) لاَ أَعْبُدُ مَا تَعْبُدُونَ وَنَحْنُ نَعْبُدُ مَا تَعْبُدُونَ. قَالَ فَأَنْزَلَ اللَّهُ تَعَالَى (يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لاَ تَقْرَبُوا الصَّلاَةَ وَأَنْتُمْ سُكَارَى حَتَّى تَعْلَمُوا مَا تَقُولُونَ ) .

Əbd ibn Humeyd və Əbdürrəhman ibn Səd Əbu Cəfər Razidən, o da Əta ibn Saibdən, o da Əbu Əbdirrəhman Süləmidən, o da Əli ibn Əbi Talibin (ə) belə dediyini nəql edir: Əbdürrəhman ibn Ovf yemək hazırlayıb bizi yeməyə dəvət etdi və bizə şərab da verdi. Şərab içəndən sonra namaz vaxtı daxil oldu. Əbdürrəhman məni qabağa çəkdi və mən də namazda Kafirun surəsini belə oxudum. “La əbudu ma təbudun və nəhnu nəbudu ma təbudun” (yəni biz sizin ibadət etdiklərinizə ibadət etmərik və biz sizin ibadət etdiklərinizə ibadət edərik. Əslində belə olmalıdır “la əbudu ma təbudun və la əntum abidunə ma əbud” -  yəni biz sizin ibadət etdiklərinizə ibadət etmərik və siz də bizim ibadət etdiklərinizə ibadət etməzsiniz – Müt). Sonra Allah-Təala bu ayəni nazil etdi: Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın!

Əbu Davud da öz “Sünən”ində yazır:

حَدَّثَنَا مُسَدَّدٌ حَدَّثَنَا يَحْيَى عَنْ سُفْيَانَ حَدَّثَنَا عَطَاءُ بْنُ السَّائِبِ عَنْ أَبِى عَبْدِ الرَّحْمَنِ السُّلَمِىِّ عَنْ عَلِىِّ بْنِ أَبِى طَالِبٍ عَلَيْهِ السَّلاَمُ أَنَّ رَجُلاً مِنَ الأَنْصَارِ دَعَاهُ وَعَبْدَ الرَّحْمَنِ بْنَ عَوْفٍ فَسَقَاهُمَا قَبْلَ أَنْ تُحَرَّمَ الْخَمْرُ فَأَمَّهُمْ عَلِىٌّ فِى الْمَغْرِبِ فَقَرَأَ (قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ) فَخَلَطَ فِيهَا فَنَزَلَتْ (لاَ تَقْرَبُوا الصَّلاَةَ وَأَنْتُمْ سُكَارَى حَتَّى تَعْلَمُوا مَا تَقُولُونَ ) .

Müsəddəd, Yəhya, Süfyan və Əta ibn Saib Əbu Əbdirrəhman Süləmidən, o da Əli ibn Əbi Talibdən (ə) Həzrətin (ə) belə buyurduğunu nəql edir: Ənsardan olan bir nəfər onu (Hz. Əlini (ə)) və Əbdürrəhman ibn Ovfu qonaq çağırdı. Onlara – şərabın haram olması ayəsi nazil olmamışdan öncə - şərab içirtdi. Həzrət Əli (ə) məğrib namazında onlara imamlıq etdi və Kafirun surəsini səhv oxudu. Sonra bu ayə nazil oldu: Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın!

Rəvayətlərin dəlillərinin araşdırılması

Bu iki hədisin mətnində ziddiyət mövcuddur. Çünki birində qonaq qəbul edən Əbdürrəhman ibn Ovfdur, digərində isə Ənsardan biridir. Hədis alimlərinin fikrinə görə bu iki rəvayətin əsl raviləri eyni olduğu üçün bu ziddiyyət ravilərin birinin yaxud ikisinin də yalan danışan olmasına və ya yaddaşlarının zəif olmasına dəlalət edir.

Rəvayətin sənədlərinin araşdırılması

Əbu Əbdirrəhman Süləmi – Əmirulmömininin (ə) düşməni

Hər iki rəvayətdə bu hadisəni nəql edən şəxs Əbu Əbdirrəhman Süləmidir. O, Həzrət Əlinin (ə) düşmənlərindən olmuşdur. O, Həzrətin (ə) ordusunda olmuş və özünün etirafına görə batində Həzrətə (ə) düşmənçiliyi olmuşdur. Təbəri “Əl-Müntəxəb min zilil muzil” kitabında onun Həzrətlə (ə) düşmən olmasını elə onun özündən nəql edir:

وأبو عبد الرحمن السلمي واسمه عبد الله بن حبيب ... قال رجل لأبي عبد الرحمن أنشدك الله متى أبغضت عليا عليه السلام أليس حين قسم قسما بالكوفة فلم يعطك ولا أهل قال أما إذ نشدتني الله فنعم .

Əbu Əbdirrəhman Süləmi: Onun adı Abdullah ibn Həbibdir. Bir nəfər Əbu Əbdirrəhman Süləmiyə dedi: Səni Allaha and verirəm, nə zaman Əli (ə) ilə düşmən oldun? Kufədə mal paylayarkən sənə və ailənə heç bir şey vermədiyi zaman (ona düşmən oldun – Müt)? Əbu Əbdirrəhman Süləmi cavab verdi: Bəli.

İbrahim Səqəfi də “Ğarat” kitabında onun adını Əmirulmömininlə (ə) düşmənçilik edən böyük fəqihlərin sırasında gətirib:

ومنهم (اي المنحرفين عن علي) أبو عبد الرحمن السلمي [ القاري] :

 عن عطاء بن السائب قال : قال رجل لأبي عبد الرحمن السلمي أنشدك بالله تخبرني فلما أكد عليه قال : بالله هل أبغضت عليا إلا يوم قسم المال في أهل الكوفة فلم يصبك ولا أهل بيتك منه شئ ؟ ، قال : أما إذا أنشدتني بالله فلقد كان ذلك .

Onlardan (Həzrət Əlidən (ə) ayrılanlardan) biri də Əbu Əbdirrəhman Süləmidir. Ətanın belə dediyi nəql olunur: Bir nəfər Əbu Əbdirrəhmandan soruşdu: Səni and verirəm Allaha mənə düzünü de! Ona (Əbu Əbdirrəhmana) xeyli israr edəndən sonra qəbul etdi. Sonra o şəxs dedi: Əli (ə) beytül-mal paylayanda sənə və ailənə heç nə çatmadığı üçünmü onunla düşmən oldun? Cavab verdi: Sən məni Allaha and verdiyin üçün deyirəm: Bəli, elədir.

Sonra Səd ibn Ubeydənin vasitəsilə Əbu Əbdirrəhman Süləmidən elə bir rəvayət nəql edir ki, onun İmam Əli (ə) ilə düşmənçiliyini bizim üçün daha da aydınlaşdırır.

 عن سعد بن عبيدة قال : كان بين حيان وبين أبي عبد الرحمن السلمي شئ في أمر علي عليه السلام فأقبل أبو عبد الرحمن على حيان فقال : هل تدري ما جرأ صاحبك على الدماء ؟ يعني عليا عليه السلام قال : وما جرأه لا أبا لغيرك ؟ ، قال : حدثنا أن النبي صلى الله عليه وآله قال لأصحاب بدر : اعملوا ما شئتم فقد غفر لكم ، أو كلاما هذا معناه.

Səd ibn Ubeydədən belə dediyi nəql olunur: Həyyanla Əbu Əbdirrəhmanın arasında İmam Əli (ə) barəsində münaqişə yarandı. Əbu Əbdirrəhman üzünü Həyyana tutub dedi: Heç bilirsən sənin dostun (tərəfdarı olduğun şəxs) camaatın qanını tökməyə niyə cürət edib? Həyyan dedi: Kim ona bu cürəti verib ey napak? Əbu Əbdirrəhman cavab verdi: Əli (ə) bizim üçün rəvayət edirdi ki, Allahın rəsulu (s) Bədr səhabələrinə buyurdu: “Nə istəyirsiniz edin, çünki Allah sizi bağışlamışdır!” Yaxud bu mənada olan bir kəlam buyurmuşdur. (Elə buna görə də Əli (ə) camatın qanını tökməyə cürət etmişdir).

Gərək əhli-sünnənin alimlərindən soruşaq ki, belə bir adama etimad etmək olarmı?  Məgər şiə və sünninin fikir birliyinə görə Həzrət Əli (ə) ilə düşmənçilik edən münafiq deyilmi? Münafiq şəxsin rəvayətinə etimad edib Həzrət Əliyə (ə) böhtan atmaq olarmı?

Deməli, Sihahi-sittədə gəlmiş hər iki rəvayətin sənədində bu şəxs olduğu üçün rəvayətin ikisi də etibardan düşür.

Əta ibn Saib dəli olmuşdu

Hər iki rəvayətin sənədində Əbu Əbdirrəhmandan nəql edən ikinci ravi Əta ibn Saibdir. Mizzi “Təhzibul kəmal” kitabında onun barəsində yazır:

و قال عن يحيى أيضا : عطاء بن السائب اختلط ، فمن سمع منه قديما فهو صحيح ... و قال أبو أحمد بن عدى : أخبرنا ابن أبى عصمة ، قال : حدثنا أحمد بن أبى يحيى ، قال : سمعت يحيى بن معين يقول : ليث بن أبى سليم ضعيف مثل عطاء بن السائب .

Yəhyanın belə dediyi nəql olunur: Əta ibn Saib dəli olmuşdu. Amma hər kəs ondan onun dəli olmasından qabaq nəsə eşitsə səhihdir... Yəhya ibn Muindən belə dediyini eşitdim: Leys ibn Əbi Səlim Əta ibn Saib kimi zəif ravidir.

Heysəmi onun rəvayətinin rədd olunması barəsində yazır:

رواه أحمد وفيه عطاء بن السائب وقد اختلط .

Bu rəvayəti Əhməd nəql etmişdir və onun sənədində Əta ibn Saib vardır, o da ki, dəli olmuşdur.

İbn Həcər də onun rəvayəti barəsində yazır:

والاضطراب فيه من عطاء بن السائب فإنه اختلط .

Bu rəvayətdə olan problem Əta ibn Saibdir, çünki o, dəli olmuşdur.

Zəhəbi isə onu tərcümeyi halında yazır:

وقال يحيى : لا يحتج به .

Yəhya deyir ki, onunla istidlal etmək (dəlil gətirmək) olmaz.