Şiələr əhli-sünnənin Əmirulmömininə (ə) atdıqları şərabxorluq ittihamina nə cavab verirlər? (3-cü hissə)

Ömərin can verən halda şərabxorluğu

Maraqlı burasıdır ki, Ömər öz ömrünün son anlarında belə şərabdan əl çəkməyibmiş. Belə ki, o, ölüm ayağında da özü üçün şərab gətirilməsini istədi. Əhli-sünnənin böyük alimlərindən olan İbn Səd özünün “Təbəqatul-kubra” kitabında yazır:

عن عبد الله بن عبيد بن عمير أن عمر بن الخطاب لما طعن قال له الناس يا أمير المؤمنين لو شربت شربة فقال أسقوني نبيذا وكان من أحب الشراب إليه قال فخرج النبيذ من جرحه مع صديد الدم .

Abdullah ibn Ubeyd ibn Umeyrdən belə nəql olunur ki, Ömər bıçaqlananda camaat ona dedi: Ey Əmirəlmöminin, içməli bir şey içsən (yaxşı olar). Ömər dedi: Mənə nəbiz (şərab) verin! Nəbiz Ömərin içkilər arasında ən sevimli içkisi idi. Abdullah deyir ki, nəbiz onun yarasından qan laxtaları ilə birgə çölə axdı.

Əhli-sünnə kitablarında “nəbiz”in mənası

Lüğət alimləri “nəbiz”i bu cür məna ediblər:

وإنما سمي نبيذا لأن الذي يتخذه يأخذ تمرا أو زبيبا فينبذه في وعاء أو سقاء عليه الماء ويتركه حتى يفور [ ويهدر ] فيصير مسكرا .

Buna görə ona “nəbiz” deyilir ki, onu düzəldən şəxs xurma və kişmişi götürüb bir qaba tökür, sona isə onun üzərinə su tökür. Onu o qədər o qabda saxlayır ki, o öz-özünə qaynayaraq muəyyən bir hala gəlib çıxır. Bu zaman o məstedici olur.

Muhyiddin Nəvəvi Məcmu kitabında yazır:

واما الخمر فهي نجسة لقوله عز وجل ( إنما الخمر والميسر والأنصاب والأزلام رجس من عمل الشيطان ) ولأنه يحرم تناوله من غير ضرر فكان نجسا كالدم واما النبيذ فهو نجس لأنه شراب فيه شدة مطربة فكان نجسا كالخمر .

Şərab nəcisdir, şünki Allah-Təala buyurmuşdur: “Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və Şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız.” Həm də bu səbəbə görədir ki, onu içmək (tərk olunmasının zərəri yoxdursa) haramdır və qan kimi nəcisdir. Nəbiz də nəcisdir. Çünki o da tündləşmiş şərabdır və onda mütriblik (məstedicilik) var. Ona görə də nəbiz şərab kimi nəcisdir.

Müaviyənin şərabxorluğu

Əvvəl də dediyimiz kimi Əmirulmömininə (ə) atılan böhtanın mənbəsi Bəni-Üməyyə ailəsidir. Bu ailədə şərabxorluq cahiliyyət dövründən rəsmən mövcud olub, hətta islamiyyətdən sonra da onu tərk edə bilməyiblər. Buna görə də onlar öz əməllərinə bəraət qazandırmaq üçün bu pis əməlin şərikini axtarıblar ki, bu əməlin pisliyini camaat arasında azaltsınlar. Ona görə də Həzrət Əlini (ə) ortaya atıblar ki, ona belə nalayiq bir töhmət vursunlar.

Müaviyə şərab içərkən onu qonaqlara da təklif edirdi

Müaviyə şərab içən kəslərdən idi. Əhməd ibn Hənbəl Abdullah ibn Bureydədən nəql edərək yazır:

دَخَلْتُ أَنَا وَأَبِي عَلَى مُعَاوِيَةَ فَأَجْلَسَنَا عَلَى الْفُرُشِ ثُمَّ أُتِينَا بِالطَّعَامِ فَأَكَلْنَا ثُمَّ أُتِينَا بِالشَّرَابِ فَشَرِبَ مُعَاوِيَةُ ثُمَّ نَاوَلَ أَبِي ثُمَّ قَالَ مَا شَرِبْتُهُ مُنْذُ حَرَّمَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

Bir gün atam Bureydə ilə Müaviyənin yanına getdik. Müaviyə də bizə ehtiram göstərdi və bizə yemək gətizdirdi. Biz də yemək yedik. Sonra Müaviyə şərab gətizdirib ondan içdi və atama da şərab içməyi təklif etdi. Atam dedi: Allahın rəsulu (s) onu haram edəndən bəri mən ondan içməmişdim.

Heysəmi Məcməuz zəvaid kitabında bu rəvayəti nəql edəndən sonra yazır:

رواه أحمد ورجاله رجال الصحيح

Bu rəvayəti Əhməd nəql edib, onun raviləri elə Buxari və Müslimin raviləridir.

Müaviyə və şərab ticarəti

İbn Əsakir Tarixu mədinəti Diməşq kitabında yazır:

عن محمد بن كعب القرظي قال غزا عبدالرحمن بن سهل الأنصاري في زمان عثمان ومعاوية امير على الشام فمرت به روايا خمر تحمل فقال اليها عبدالرحمن برمحه فبقر كل راوية منها فناوشه غلمانه حتى بلغ شأنه معاوية فقال دعوه فإنه شيخ قد ذهب عقله فقال كذب والله ما ذهب عقلي ولكن رسول الله  صلى الله عليه وسلم  نهانا ان ندخل بطوننا وأسقيتنا واحلف بالله لئن انا بقيت حتى أرى في معاوية ما سمعت من رسول الله  صلى الله عليه وسلم  لأبقرن بطنه أو لأموتن دونه

Abdullah ibn Səhl Ənsari (dəyərli səhabələrdən biri olub) Osmanın zamanında müharibəyə getmişdi. O zaman Müaviyə də Şamın valisi idi. Yükü şərab olan dəvə karvanı Abdullahın yanından keçirdi. O, karvana hücum edib nizə ilə bütün şərab məşklərini yırtdı. Karvan başçıları onu tutdular. Bu xəbər Müaviyəyə çatdı. O, dedi: Onu buraxın, o, dəli olmuş bir qocadır. Abdullah buna cavab olaraq dedi: And olsun Allaha ki, Müaviyə yalan deyir, mən dəli olmamışam, lakin mən Allahın rəsulundan (ə) şərab içməyi, hətta onu qablarımıza tökməyi belə qadağan etdiyini eşitmişəm. And olsun Allaha, əgər diri qalsam və Müaviyəni görsəm Allah rəsulunun (s) onun barəsində buyurduğu kəlamı (əgər Müaviyəni Mədinədə mənim mənbərimdə görsəniz onu öldürün!) gerçəkləşəcək və ya onun qarnını yırtacağam, ya da bu yolda öləcəyəm.