Şiələr əhli-sünnənin Əmirulmömininə (ə) atdıqları şərabxorluq ittihamina nə cavab verirlər? (1-ci hissə)

Sual verən: Pakistandan Doktor Sərğam Heydər

Sual: Şərab Əmirulmöminin (ə) barəsində nazil olub ya Ömərin? Əhli-sünnə Əlini (ə) şərab içməkdə ittiham edirlər, buna cavabınız nədir?

Çox təəssüflər olsun ki, son günlərdə qonşu şəhərlərdə Əmirulmöminin Həzrət Əlinin (ə) əleyhinə mənfi təbliğatlar başlamış və bu təbliğatlar şiələrin qəlbini yaralamışdır. Əhli-beyt (ə) düşmənlərindən bəziləri Bəni-Üməyyə ailəsinə tabe olaraq Həzrətə (ə) elə bir ittiham irəli sürürlər ki, nə onu ağıl, nə şəriət, nə də tarix qəbul edir. Belə ki, təzə xəbərlərdə oxuduğunuz kimi Pakistanın tanınmış alimlərindən biri Imam Əlini (ə) şərab içməkdə ittihamı edir. O, televiziya proqramlarından birində ... لا تقربوا الصلاة وانتم سكارى … (Məst halda namaza yaxınlaşmayın!) ayəsi barəsində belə deyir: Bir gün Həzrət Əli (ə) məst halda (Allaha pənah aparırıq – Müt) Peyğəmbər (s) məscidinə daxil oldu və Həzrət (s) də bundan çox narahat oldu. Bu zaman bu ayə nazil oldu ki, müsəlmanlar məst halda namaz qılmasınlar.

Cavab: Bu məsələ təzə məsələ deyil. Tarix boyu Əhli-beyt düşmənləri onlara belə töhmətlər vurmuşlar. Onlardan biri də İbn Teymiyyə Hərranidir. O, öz Minhacus-sünnə kitabında yazır:

وقد انزل الله تعالى في علي :"يا ايها الذين ءامنوا لا تقربوا الصلاة وانتم سكارى حتى تعلموا ما تقولون" لما صلى فقرأ وخلط ".

Allah-Təala “Ey iman gətirən kəslər, məst halda namaza yaxın durmayın ki, nə dediyinizi biləsiniz!” ayəsini Əli (ə) haqqında nazil etmişdir, çünki, O, (ə) (məst halda) namaz qıldı, lakin namazında səhvə düçar oldu.

Biz əvvəlcə şərabın haram olması barəsində nazil olan ayələrin Əmirulmöminin (ə) haqqında deyil, Ömər ibn Xəttab haqqında nazil olduğunu sübut edəcəyik. Əhli-sünnə alimləri qabaqdan gəlmişlik ediblər ki, axıra düşməsinlər. Belə ki, onlar bu töhməti vurmaqla bir tərəfdən Ömər ibn Xəttabın, Əbu Bəkrin və Müaviyənin ətəyini şərabxorluq ləkəsindən təmizləmək istəmiş, digər tərəfdən də Bəni-Üməyyəyə sədaqətlərini göstərərək Əmirulmöminin Həzrət Əlinin (ə) abrına ləkə vurmaq istəmişlər. Biz növbəti mərhələdə İmam Əli (ə) barəsində olan rəvayətləri əhli-sünnə alimlərinin öz dili ilə rədd edəcəyik və bu rəvayətləri araşdıracağıq.

Şərab ayəsi kimin haqqında nazil olmuşdur?

Şübhəsiz Əmirulmömininə (ə) vurulan bu böhtanın mənbəyi Hakim Nişapurinin sözünə görə xəvaric, lakin bizim fikrimizə görə isə Bəni-Üməyyə ailəsidir. Onlar (bu yolla) Əmirulmömininə (ə) zərbə vurub məqamını aşağı salmaq və Ömərin ətəyini paklamaq istəmişlər. Çünki sünni və şiə rəvayətlərində Ömərin şərab içdiyi qeyd olunmuş, bu ayə də onun haqqında nazil olmuşdur. Bizim tərəf müqabilimiz vəhhabilər olduğu üçün biz şiə kitablarından deyil, onların öz kitablarından bir neçə hədis qeyd edəcəyik.

Əbu Bəkrlə Ömər müsəlmanlardan 9 nəfərlə birlikdə şərab içdilər

Əhli-sünnə alimlərindən bir çoxu yazırlar ki, 11 müsəlman Əbu Təlhənin evinə yığışıb şərab içdilər və məst oldular. Onlardan biri o qədər məst olmuşdu ki, Bədrdə öldürülən kafirlər barəsində şer qoşmuşdu. Bu xəbər Peyğəmbərə (s) yetişdikdə Həzrət (s) əsəbi halda onların yanına gələrək əlində olan şeylə şer qoşanı (Əbu Bəkri) vurdu…

10 nəfərdən 9-nun adı məlumdur, belə ki, İbn Həcər Əsqəlani özünün Fəthul-Bari əsərinin 10-cu cildinin 30-cu səhifəsində, şərabın haram olması babında onların hər birinin adını qeyd etmişdir. Bunlar aşağıdakılardır.

1. Əbu Ubeydə Cərrah. 2. Əbu Təlhə Zeyd ibn Səhl. 3. Suheyl ibn Beyza. 4. Ubeyy ibn Kəb. 5. Əbu Dəccanə ibn Xərşə. 6. Əbu Əyyub Ənsari. 7. Məaz ibn Cəbəl. 8. Ənəs ibn Malik (bu məclisin piyalə paylayanı). 9. Ömər ibn Xəttab. 10. Sonuncu şəxs Əbu Bəkr adlı bir şəxsdir.

İbn Həcər çalışır ki, Əbu Bəkrdən məqsəd 1-ci xəlifə deyil, Əbu Bəkr ibn Şəğub adlı bir şəxs olduğunu desin. Sonda isə Ömərin orda olması səbəbinə 1-ci xəlifənin də şərabxorların siyahısında olmasını qəbul edir. O, Fəthul-Bari kitabında deyir:

ثم وجدت عند البزار من وجه آخر عن أنس قال كنت ساقي القوم وكان في القوم رجل يقال له أبو بكر فلما شرب قال تحيي بالسلامة أم بكر الأبيات فدخل علينا رجل من المسلمين فقال قد نزل تحريم الخمر الحديث وأبو بكر هذا يقال له ابن شغوب فظن بعضهم أنه أبو بكر الصديق وليس كذلك لكن قرينة ذكر عمر تدل على عدم الغلط في وصف الصديق فحصلنا تسمية عشرة

Bəzzarın vasitəsilə bir yazıda oxudum: Ənəs belə deyir ki, mən həmin gün şərab paylayan idim, şərab içənlərin arasında bir kişi var idi ki, ona “Əbu Bəkr” deyirdilər. O, şərabı başına çəkəndən sonra belə bir şer qoşdu: Bəkrin anası can sağlığı ilə yaşasın! Sonra müsəlmanlardan biri daxil olub dedi: Məgər bilmirsinizmi şərab içməyin haramlığı haqqında ayə nazil olub?

Rəvayətdə “Əbu Bəkr”dən məqsəd Əbu Bəkr ibn Şəğubdur. Əlbəttə bəziləri belə zənn edirlər ki, bu şəxs elə Əbu Bəkr Siddiqdir, lakin bu belə deyil. Lakin Ömər ibn Xəttabın adı da bu şərabxorların sırasında çəkildiyi üçün bu şəxsin Əbu Bəkr Siddiq olduğunu demək olar və bu rəvayətdə xəta mövcud deyildir. Nəticədə 10 nəfər şəxs müəyyən olundur.

Şərab ayələri Ömər ibn Xəttab haqqında nazil olmuşdur

Zəməxşəri əhli-sünnənin böyük alimlərindəndir, belə ki, Zəhəbi özünün Siyəru əlamin nübəla kitabının 20-ci cildinin 191-ci səhifəsində onu çox əzəmətlə yad etmiş və ona “əllamə” ləqəbini vermişdir. Zəməxşəri Rəbiul-əbrar kitabında belə yazır:

أنزل الله تعالى في الخمر ثلاث آيات، أولها يسألونك عن الخمر والميسر، فكان المسلمون بين شارب وتارك ، إلى أن شرب رجل ودخل في الصلاة فهجر ، فنزلت : يا أيها الذين آمنوا لا تقربوا الصلاة وأنتم سكارى ، فشربها من شرب من المسلمين ، حتى شربها عمر فأخذ لحي بعير فشج رأس عبد الرحمن بن عوف ، ثم قعد ينوح على قتلى بدر بشعر الأسود بن عبد يغوث .

وكائن بالقليب قليب بدر ... فبلغ ذلك رسول الله صلى الله عليه وسلم ، فخرج مغضباً يجر رداءه ، فرفع شيئاً كان في يده ليضربه ، فقال : أعوذ بالله من غضب الله ورسوله . فأنزل الله تعالى : إنما يريد الشيطان ، إلى قوله : فهل أنتم منتهون . فقال عمر : انتهينا .

Allah Təala şərab haqqında üç ayə nazil etmişdir. Onlardan birincisi “Səndən qumar və şərab barəsində soruşurlar...” ayəsi nazil olanda müsəlmanlardan bir qrupu şərabı tərk etdi, bir qrupu isə hələ də içirdilər. Bu o zamanadək davam etdi ki, bir nəfər şərab içib namaz qılarkən hədyan danışdı. Bundan sonra isə “Ey iman gətirənlər, məst halda namaza yaxın durmayın!” ayəsi nazil oldu. Yenə də bəzi müsəlmanlar içməyə davam edirdi. Ömər ibn Xəttab da içəndən sonra dəvənin çənə sümüyünü götürüb o sümüklə Əbdürrəhman ibn Ovfun başını sındırdı. Sonra oturub Əsvəd ibn Əbdu Yəğusun yazdığı şerlə Bədrdə ölən kafirlər üçün mərsiyə dedi: “Bədrdə olanlar. Bədr!!!...” Bu xəbər Allahın rəsuluna (s) yetişdi. O Həzrət (s) əsəbi halda əbası yerlə sürünərək evdən çıxdı və yerdən bir şey götürdü ki, onunla (Öməri) vursun. Ömər dedi: Allahın və rəsulunun (s) qəzəbindən Allaha pənah aparıram. Sonra Allah Təala bu ayəni nazil etdi: “Həqiqətən şeytan istəyir ki...” bu kəliməyə qədər “Məgər (şərab içməkdən) əl çəkməyəcəksiniz? Sonra Ömər dedi: Daha əl çəkdim.

Əhli-sünnənin tarixçi alimlərindən ən yaxşısı olan Əbu Hamid Ğəzzali Mukaşifətul-qulub kitabının 91-ci babının (Babu uqubətiş şaribil xəmr) 459-cu səhifəsində yazır:

 فكان في المسلمين شارب و تارك ، الي ان شرب رجل فدخل في الصلاة فهجر ، فنزل قوله تعالي : «يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنْتُمْ سُكَارَى... » الآيه (النساء / 43) فشربها من شربها من المسلمين ، و تركها من تركها، حتي شربها عمر رضي الله عنه فأخذ بلحي بعير و شج بها رأس عبدالرحمن بن عوف ثم قعد ينوح علي قتلي البدر .

فبلغ ذلك رسول الله صلي الله عليه و آله و سلم فخرج مغضبا يجر رداءه ، فرفع شيئا كان في يده فضربه به ، فقال : اعوذ بالله من غضبه، و غضب رسوله، فأنزل الله تعالي: ِ«انَّمَا يُرِيدُ الشَّيْطَانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ» (المائده، 91) الآية، فقال عمر رضي الله عنه: انتهينا انتهينا .

Müsəlmanlardan bəzisi şərab içir, bəzisi isə içmirdi. Bu hadisə o zamanadək davam etdi ki, müsəlmanlardan biri şərab içib namaz qılarkən namünasib kəlmələr işlətdi. Sonra bu ayə nazil oldu: Ey iman gətirənlər, məst halda namaza yaxın durmayın! (Nisa 43) Amma yenə də bəziləri içir, bəziləri isə bunu tərk edirdi. Ömər ibn Xəttab da içəndən sonra dəvənin çənə sümüyünü götürüb o sümüklə Əbdürrəhman ibn Ovfun başını sındırdı. Sonra oturub Bədrdə öldürülən (kafirlər) üçün ağladı. Bu xəbər Allahın rəsuluna (s) yetişdi. O Həzrət (s) əsəbi halda əbası yerlə sürünərək (əbanı əyninə geyinməyə səbr etmədən) evdən çıxdı və əlində olan şeyi yuxarı qaldıraraq Öməri vurdu. Ömər dedi: Allahın və rəsulunun (s) qəzəbindən Allaha pənah aparıram. Sonra Allah-Təala bu ayəni nazil etdi: “Həqiqətən şeytan istəyir ki...”

Sonra Ömər dedi: Daha (şərab içməkdən) əl çəkdim.