SİF auditor yoxlaması xidməti üzrə kotirovka sorğusu elan edib

Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) 2019-cu il üzrə Fondun fəaliyyətinin auditor yoxlaması xidməti üzrə kotirovka sorğusu elan edib.

Kotirovka sorğusunda müxtəlif meyarlar üzrə beynəlxalq reytinq cədvəllərində ilk yerlərdə olan və analoji maliyyə institutlarında kənar auditinin aparılmasında uzunmüddətli təcrübəyə malik audit şirkətləri iştirak edə bilərlər.

Qeyd edək ki, SİF-in 2018-ci il ərzində maliyyə hesabatının auditinin keçirilməsi “PricewaterhouseCoopers” (PwC) şirkətinə həvalə olunmuşdu.