Si Tszinpin: Çində vəziyyət olduqca çətindir

Çin lideri Si Tszinpin, ölkədə koronavirusun yayılması ilə bağlı yaranmış vəziyyəti hələ də çətin adlandırıb və xəstəlik üzərində qələbəyə inandığını bildirib. Bu barədə Çin Mərkəzi Televiziyası xəbər verib.

 

"Xəstəliyin yayılması ilə bağlı vəziyyət hələ də olduqca ağırdı. Buna görə, də partiya komitələri və  hakimiyyət  bütün qərar və planları qətiyyətlə və ardıcıl olaraq yerinə yetirməlidir", - deyə o, vurğulayıb. 

 

Həmçinin Tszinpin ölkənin koronavirusa qalib gəlmək üşün bütün imkanlara malik olduğunu qeyd edib. 

 

Xatirladaq ki, indiyə qədər ölümcül virus Çində 910 nəfərin həyatına son qoyub.