"Shusha Chess 2022" turnirində VI tura start verilib

Şuşada təşkil olunan ilk beynəlxalq şahmat turnirinin rapid yarışlarında VI tura start verilib.

Operativ.tv Report-a istinadən məlumatına görə, ilk gedişi Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov edib. Sonra yarışın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının 1-ci Vitse-prezidenti Faiq Həsənov A.Kərimova xatirə hədiyyəsini təqdim edib.

Qeyd edək ki, bu gün rapid yarışında daha 4 tur oynanılacaq. Sabah şahmatçılar blitsdə yarışacaq. Qalib hər iki yarışda qazanılan xalların cəminə əsasən müəyyənləşəcək.