Səhiyyə Təşkilatı Azərbaycanla bağlı nəticələri açıqlayıb

"Azərbaycanda 30-70 yaşlı əhali arasında yoluxucu olmayan xəstəliklər üzrə ölüm göstəricisi 22 faizdir".
 
Bu barədə "Report.az" xəbər verir.
 
Xəbərdə deyilir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gələn beynəlxalq missiyanın nəticələrinə dair tədbirdə deyib.
 
Onun sözlərinə görə, bu ölüm halları üçün əsas faktorlar şəkər və qan təzyiqinin yüksəlməsi, artıq çəki, siqaretdən istifadədir: "Ona görə bu xəstəliklərin idarəedilməsi və buna bağlı ölümlərin azalmasında ən vacib faktorlardan biri ilkin səhiyyə xidmətlərinin gücləndirilməsidir".