Səhih rəvayətlərdə İmam Mehdinin (ə) qeybət dövrü haqqında əvvəlcədən məlumat verilmişdirmi? (2-ci hissə)

 

2-ci hissə

Məsumlardan (ə) qeybət mövzusu ilə bağlı gələn rəvayətlər

Diqqət olunmalı digər məsələ də budur ki, İmam Mehdinin (ə) dünyaya gəlməsindən sonra qeybətə çəkilməsi barəsində olan rəvayətlər Peyğəmbərdən (s) tutmuş İmam Həsən Əskəriyədək (ə) hər birindən nəql olunmuşdur. Şiə alimləri o rəvayətləri öz kitablarında nəql ediblər.

Qütb Ravəndi (v. 573 h. q) bu barədə deyir:

وقد أخبر بغيبته رسول الله صلى الله عليه وآله ثم أمير المؤمنين عليه السلام ثم الحسن ثم الحسين ثم علي بن الحسين ، ثم محمد بن علي ، ثم جعفر بن محمد ، ثم موسى بن جعفر ، ثم علي بن موسى ، ثم محمد بن علي ، ثم علي بن محمد ، ثم الحسن ابن علي صلوات الله عليهم أجمعين .

Həzrətin (ə.f) qeybətini Peyğəmbər (s), sonra Həzrət Əli (ə), sonra İmam Həsən (ə) ... sonra isə İmam Həsən Əskəri (ə) xəbər vermişdir.

Əgər Peyğəmbər (s) və İmamlardan (ə) bu mövzu barəsində yalnız bir rəvayət gəlsə, bu 12 rəvayət edir. Halbuki onlardan bu mövzu ilə əlaqədar bir neçə rəvayət nəql olunmuşdur. Biz bu yazıda bir neçə rəvayətə işarə edirik:

Birinci qisim: İki qeybət haqqında

Bir qisim rəvayətlərdə İmamın (ə.f) iki qeybətindən söhbət edir. Biri kiçik, digəri isə böyük qeybət.

1. İmam Sadiqin (ə) rəvayəti (səhih sənədlə)

Mərhum Kuleyni (v. 328 h.q) səhih sənədlə İmam Sadiqin (ə) İmam Mehdinin (ə.f) iki qeybətinin – kiçik və böyük qeybətinin olacağını buyurduğunu belə nəql edir:

مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ مُحَمَّدِ بْنِ الْحُسَيْنِ عَنِ ابْنِ مَحْبُوبٍ عَنْ إِسْحَاقَ بْنِ عَمَّارٍ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ عليه السلام‏ لِلْقَائِمِ‏ غَيْبَتَانِ‏ إِحْدَاهُمَا قَصِيرَةٌ وَ الْأُخْرَى طَوِيلَةٌ الْغَيْبَةُ الْأُولَى لَا يَعْلَمُ بِمَكَانِهِ فِيهَا إِلَّا خَاصَّةُ شِيعَتِهِ وَ الْأُخْرَى لَا يَعْلَمُ بِمَكَانِهِ فِيهَا إِلَّا خَاصَّةُ مَوَالِيهِ.

Məhəmməd ibn Yəhya Məhəmməd ibn Hüseyndən, o da İbn Məhbubdan, o da İshaq ibn Əmmardan İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: Qaimin (ə.f) iki qeybəti olacaq. Biri qısa, digəri isə uzun olacaq. Birinci qeybət dövründə Həzrətin (ə.f) xüsusi şiələrindən başqa onun yerini heç kəs bilməyəcək. İkinci qeybət dövründə isə Həzrətin (ə.f) xüsusi xadimlərindən başqa yerini heç kəs bilməyəcək.

Rəvayətin sənədinin araşdırılması

a) Məhəmməd ibn Yəhya Əttar

Nəcaşi (v. 450 h.q) onun barəsində deyir:

شيخ أصحابنا في زمانه، ثقة، عين، كثير الحديث...

O, öz zamanında şiələrin böyüklərindən və seçilmiş şəxsiyyətlərindən idi. Etimadlı şəxslərdən olmuş və ondan bir çox hədislər nəql olunmuşdur.

b) Məhəmməd ibn Hüseyn Əbul Xəttab

Nəcaşi onun haqqında deyir:

جليل من أصحابنا، عظيم القدر، كثير الرواية، ثقة، عين، حسن التصانيف، مسكون إلى روايته...

O, şiə alimləri arasında əzəmətli və çox qiymətli şəxsiyyətlərdən idi. Etimadlı, seçilmiş şəxsiyyətə malik idi. Ondan çox rəvayət nəql olunmuşdur. Gözəl kitablar yazmışdır. Onun rəvayətləri arxayınlıq gətirəndir…

 

Şeyx Tusi (v. 460 h.q) onu “kufəli və siqə” ünvanı ilə adlandırmışdır.

c) Həsən ibn Məhbub

Şeyx Tusi onun barəsində deyir:

 

كوفي، ثقة. وكان جليل القدر، يعد في الأركان الأربعة في عصره.

Kufəlidir, siqədir, çox qədir-qiyməti olan şəxsiyyətlərdəndir və dövrünün dörd əsas rüknlərindən (dirəklərindən) sayılır.

ç) İshaq ibn Əmmar ibn Həyyan Sabati Seyrəfi

Şeyx Tusi onun barəsində deyir:

إسحاق بن عمار، ثقة، له كتاب.

O, siqədir və kitab müəllifidir.

Nəticə olaraq bu rəvayət səhihdir.

2. İmam Səccadın (ə) rəvayəti

İmam Mehdinin (ə.f) iki qeybətinin olduğunu deyən rəvayətlərdən biri də İmam Səccadın (ə) rəvayətidir. Belə ki, Həzrətdən (ə) belə nəql olunur:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ مُحَمَّدِ بْنِ عِصَامٍ الْكُلَيْنِيُّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَعْقُوبَ الْكُلَيْنِيُّ قَالَ حَدَّثَنَا الْقَاسِمُ بْنُ الْعَلَاءِ قَالَ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ عَلِيٍّ الْقَزْوِينِيُّ قَالَ حَدَّثَنِي عَلِيُّ بْنُ إِسْمَاعِيلَ عَنْ عَاصِمِ بْنِ حُمَيْدٍ الْحَنَّاطِ عَنْ مُحَمَّدِ بْنِ قَيْسٍ عَنْ ثَابِتٍ الثُّمَالِيِّ عَنْ عَلِيِّ بْنِ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ علي السلام أَنَّهُ قَالَ فِينَا نَزَلَتْ هَذِهِ الْآيَةُ وَ أُولُوا الْأَرْحامِ بَعْضُهُمْ أَوْلى‏ بِبَعْضٍ فِي كِتابِ اللَّهِ وَ فِينَا نَزَلَتْ هَذِهِ الْآيَةُ وَ جَعَلَها كَلِمَةً باقِيَةً فِي عَقِبِهِ وَ الْإِمَامَةُ فِي عَقِبِ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ عليه السلام إِلَى يَوْمِ الْقِيَامَةِ وَ أَنَّ لِلْقَائِمِ مِنَّا غَيْبَتَيْنِ إِحْدَاهُمَا أَطْوَلُ مِنَ الْأُخْرَى أَمَّا الْأُولَى فَسِتَّةُ أَيَّامٍ أَوْ سِتَّةُ أَشْهُرٍ أَوْ سِتُّ سِنِينَ وَ أَمَّا الْأُخْرَى فَيَطُولُ أَمَدُهَا حَتَّى يَرْجِعَ عَنْ هَذَا الْأَمْرِ أَكْثَرُ مَنْ يَقُولُ بِهِ فَلَا يَثْبُتُ عَلَيْهِ إِلَّا مَنْ قَوِيَ يَقِينُهُ وَ صَحَّتْ مَعْرِفَتُهُ وَ لَمْ يَجِدْ فِي نَفْسِهِ حَرَجاً مِمَّا قَضَيْنَا وَ سَلَّمَ لَنَا أَهْلَ الْبَيْت.

Məhəmməd ibn Məhəmməd ibn İsam Kuleyni bizə hədis söylədi (və dedi): Məhəmməd ibn Yəqub Kuleyni bizə hədis söylədi (və dedi): Qasim ibn Əla bizə hədis söylədi (və dedi): İsmail ibn Əli Qəzvini bizə hədis söylədi (və dedi): Əli ibn İsmail Asim ibn Humeyd Hənnatdan, o da Məhəmməd ibn Qeysdən, o da Sabit Somalidən, o da İmam Səccaddan (ə) mənə hədis söylədi (və dedi): “Allahın kitabında (Lövhi-Məhfuzda və bu kitabda yazılmış varislik hökmündə) qohumlar bir-birlərinə (başqalarından) daha haqlıdırlar” ayəsi bizim haqqımızda nazil olub və həmçinin bu ayə də bizim haqqımızda nazil olub: “Və (Allah) onu (bütlərdən bezarlığı və yaradılışın başlanğıcına üz tutulmasını) onun nəslinin arasında əbədi (qalan) kəlmə etdi ki, bəlkə (nəsli və qövmü ona tərəf) qayıtdılar.” İmamət qiyamətədək Hüseynin (ə) nəslindəndir. Bizdən olan Qaimin (ə.f) iki qeybəti olacaq. Biri digərindən daha uzundur. Birinci qeybət dövrü altı gün ya altı ay və ya altı il çəkəcək. İkincisi isə o qədər uzun olacaq ki, yəqinləri güclü olan, mərifətləri düz olan, bizim hökm etdiyimzi qəlbində çək-çövür etməyən və biz Əhli-beytə (ə) təslim olanlardan başqa hər kəs bundan üz döndərəcək.

3. İmam Baqirin (ə) rəvayəti

Ğeybət kitabının müəllifi Numani bu barədə bir çox rəvayət nəql etmişdir. O, İmam Baqirdən (ə) də belə bir rəvayət gətirmişdir:

حدثنا أحمد بن محمد بن سعيد، قال: حدثنا علي بن الحسن، قال: حدثنا عبد الرحمن بن أبي نجران، عن علي بن مهزيار، عن حماد بن عيسى، عن إبراهيم بن عمر اليماني، قال: سمعت أبا جعفر (عليه السلام) يقول:إِنَّ لِصَاحِبِ هَذَا الْأَمْرِ غَيْبَتَيْنِ وَسَمِعْتُهُ يَقُولُ لَا يَقُومُ الْقَائِمُ وَلِأَحَدٍ فِي عُنُقِهِ بَيْعَة.

Əhməd ibn Məhəmməd ibn Səid bizə hədis söylədi (və dedi): Əli ibn Həsən bizə hədis söylədi (və dedi): Əbdürrəhman ibn Əbi Nəcran Əli ibn Məhziyardan, o da Həmmad ibn İsadan, o da İbrahim ibn Ömər Yəmanidən bizə hədis söylədi (və dedi): İmam Baqirin (ə) belə buyurduğunu eşitdim: Bu işin sahibinin iki qeybət dövrü vardır. Həmçinin belə buyurduğunu da eşitdim: Qaim boynunda kiminsə beyəti olduğu təqdirdə (yəni kimsə ondan beyət tələb edən halda – Müt) qiyam etməyəcək.

4. İmam Sadiqin (ə) rəvayəti

Başqa bir rəvayətdə də İmam Sadiq (ə) iki qeybət mövzusuna toxunur:

وَ أَخْبَرَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ سَعِيدٍ قَالَ حَدَّثَنَا الْقَاسِمُ بْنُ مُحَمَّدِ بْنِ مُحَمَّدِ بْنِ الْحَسَنِ بْنِ حَازِمٍ مِنْ كِتَابِهِ قَالَ حَدَّثَنَا عُبَيْسُ بْنُ هِشَامٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ جَبَلَةَ عَنْ إِبْرَاهِيمَ بْنِ الْمُسْتَنِيرِ عَنِ الْمُفَضَّلِ بْنِ عُمَرَ الْجُعْفِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ الصَّادِقِ عليه السلام قَالَ إِنَّ لِصَاحِبِ هَذَا الْأَمْرِ غَيْبَتَيْنِ إِحْدَاهُمَا تَطُولُ حَتَّى يَقُولَ بَعْضُهُمْ مَاتَ وَ بَعْضُهُمْ يَقُولُ قُتِلَ وَ بَعْضُهُمْ يَقُولُ ذَهَبَ فَلَا يَبْقَى عَلَى أَمْرِهِ مِنْ أَصْحَابِهِ إِلَّا نَفَرٌ يَسِيرٌ لَا يَطَّلِعُ عَلَى مَوْضِعِهِ أَحَدٌ مِنْ وَلِيٍّ وَ لَا غَيْرِهِ إِلَّا الْمَوْلَى الَّذِي يَلِي أَمْرَ.

Əhməd ibn Məhəmməd ibn Səid bizə xəbər verdi (və dedi): Qasim ibn Məhəmməd ibn Məhəmməd ibn Həsən ibn Hazim öz kitabında bizə hədis danışdı (və dedi): Ubeys ibn Hişam Abdullah ibn Cəbələdən, o da İbrahim ibn Müstənirdən, o da Müfəzzəl ibn Ömər Cofidən, o da İmam Sadiqdən (ə) bizə hədis danışdı (və dedi): Bu işin sahibi üçün iki qeybət dövrü vardır. Onlardan biri o qədər uzun olacaq ki, bəziləri İmam Mehdini (ə.f) ölmüş biləcək, bəziləri isə deyəcək ki, o, öldürülmüşdür. Bəzisi deyəcək ki, getdi. Az adamdan başqa onun səhabələrindən heç kəs bu işdə sabitqədəm olmayacaq. Onun işlərinə yetişən xidmətçilərdən başqa dostlar və digərləri daxil olmaqla heç kəs onun harada olmasından xəbəri olmayacaq.

Müəllif kitabın sonunda yazır:

ولو لم يكن يروى في الغيبة إلا هذا الحديث لكان فيه كفاية لمن تأمله.

Əgər qeybət haqqında bu hədisdən başqası olmasa da, bu hədis düşünənlər üçün kifayət edər.

5. İmam Sadiqin (ə) digər rəvayəti

Mərhum Kuleyni Kafi kitabında İmam Sadiqdən (ə) daha bir rəvayət nəql etmişdir:

مُحَمَّدُ بْنُ يَحْيَى وَ أَحْمَدُ بْنُ إِدْرِيسَ عَنِ الْحَسَنِ بْنِ عَلِيٍّ الْكُوفِيِّ عَنْ عَلِيِّ بْنِ حَسَّانَ عَنْ عَمِّهِ عَبْدِ الرَّحْمَنِ بْنِ كَثِيرٍ عَنْ مُفَضَّلِ بْنِ عُمَرَ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ عليه السلام يَقُولُ لِصَاحِبِ هَذَا الْأَمْرِ غَيْبَتَانِ إِحْدَاهُمَا يَرْجِعُ مِنْهَا إِلَى أَهْلِهِ وَ الْأُخْرَى يُقَالُ هَلَكَ فِي أَيِّ وَادٍ سَلَكَ قُلْتُ كَيْفَ نَصْنَعُ إِذَا كَانَ كَذَلِكَ قَالَ إِذَا ادَّعَاهَا مُدَّعٍ فَاسْأَلُوهُ عَنْ أَشْيَاءَ يُجِيبُ فِيهَا مِثْلَه.

Məhəmməd ibn Yəhya və Əhməd ibn İdris Həsən ibn Əli Kufidən, o da Əli ibn Həssandan, o da əmisi Əbdürrəhman ibn Kəsirdən, o da Müfəzzəl ibn Ömərin belə dediyini nəql edir: İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: Bu işin sahibi üçün iki qeybət dövrü vardır. Onlardan birində Həzrət (ə.f) öz ailəsinə qayıdacaq. Digər qeybət dövründə isə camaat deyəcək: İmam Mehdi (ə.f) həlak oldu və hansısa vadidə düşüb qalıb. Ərz etdim: Əgər belə olsa, biz nə edək? Əgər kimsə imamət iddiası etsə, ondan elə məsələlər soruşun ki, imam kimi cavab versin. (Əgər düz cavab verməsə, o, imam deyildir).